Cəmiyyət 

“Məktəbli formalarının alınması Azərbaycan ailələri üçün ağır yükdür” – Sosioloq

Yeni tədris ili yaxınlaşdığına görə valideynlər övladlarına məktəbli forması alırlar. Nəzərə alsaq ki, bir çox ailələrdə 2-3 məktəbli var, bu qiymət hər ailənin büdcəsinə uyğun olmur. Məktəbli formaları ödənişsiz verilməlidirmi?

Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Mail Yaqub bildirib ki, məktəbli formasını şagirdlərə ödənişsiz vermək lazımdır:

“İndiki şəraitdə Azərbaycanda əhalinin mühüm bir hissəsi nəzərə çarpacaq qədər məktəbli formasını almaqda çətinlik çəkir. Ona görə mən düşünürəm ki, məktəbli formasını şagirdlərə ödənişsiz vermək lazımdır. Çünki dediyim kimi, məktəbli formalarının alınması Azərbaycan ailələri üçün ağır yükdür”.

Daha çox xəbərlər