Şou biznes 

Şəbnəmin qızının nişanı qayıtdı – FOTO

Müğənni Şəbnəm Tovuzlu qızının nişanını qaytardığını açıqlayıb.

O bu haqda “Rəngarəng” verilişində danışıb.

Sənətçi bunun daha doğru qərar olduğunu deyib:

“Toy olmayacaq, çünki Günel bunu istəmədi. Nişan tanışlıq ərəfəsidir. Onlar bir-birilərini özləri məktəb vaxtından istəmişdilər. Daha çox qarşı tərəf israr etdi elçi gəlmək üçün. Xasiyyətləri tutmadığı üçün qızım özü nişanı qaytardı. Bir insan sənə əsəb, stress yaşadırsa, göz yaşı tökdürürsə, demək ki, bəri başdan yolları ayırmaq lazımdır. Allah uzaq eləsin, biri də var ərə gedəsən, övladın ola və ayrılasan. Bu, daha çətindir, ana üçün də, övlad üçün də pisdir. Analar bəzən 1 həftə tanıdığı ailəyə qızını zorla verir. O da gedir bir aydan sonra qayıdır”.//Azxeber.com

Daha çox xəbərlər