MİQ imtahan sualları universitetlərdə tədris edirmi? – AÇIQLAMA
MİQ imtahanların təşkili birmənalı olaraq Azərbaycan müəllimində özgüvən formalaşdırıb. Müəllimlərin hansısa direktordan, maarif müdirindən, rüşvətdən, day-daydan asılılığını darmadağın edib və bununla müəllimlər öz haqlarını tələb etmək gücünü əldə ediblər. Çünki artıq müəllim bilir ki, onu kimsə işə minnətlə qəbul etmir, özü biliyi və bacarığı sayəsinə müəllim adını alır.
Lakin MİQ imtahanlarının keçirilməsində, xüsusilə də bu imtahanlara düşən suallarla bağlı narazılıqlar olur. Üniversiteti bitirən tələbə MİQ imtahanı üçün repititor yanına gedib, dərs almalı olur. Çünki, keçirilən dərslərin universitetlərdə tədris edilmədiyini vurğulayır.
Mövzu ilə bağlı BiG.AZ-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı Elmin Nuri bildirib ki, MİQ imtahan suallarının universitetlərdə tədris edilməməsi məsələsi müzahirə edilən problemli suallardandır:
“MİQ imtahan sualı tədris edilmir deyiriksə bununla yanaşı mütləq şəkildə ali məktəblərdə tədris edilən dərs proqramı, orada oxunan kitabların məzmunu bilməli və imtahanda olan sualları əldə etməliyik. Daha sonra bu ittihamı səsləndirmək hüququmuz olur.
Bu gün Azərbaycanda dövlət və özəl sektorda fəaliyyət göstərən universitetlər var. Hər birinin də özünə məxsus dərs vəsaiti və tədris metodikası mövcuddur.
Bu üniversitetlərdən məzun olanların çoxu MİQ imtahanı üçün repititor yanına getməyə ehtiyac duymur və ilk imtahandan da uğur qazanıb, iş sahibi olur. Digərləri isə repititor ilə hazırlaşaraq bu uğuru əldə edir. Biz bu zaman ayıra bilmərik ki, hansısa universitet imtahan suallarını tədris edir, hansı yox. Ona görə də bu müzakirəsi qalmaqallı olan mövzudur. Düşünürəm ki, məsələ tələbələrin dərsə yanaşması, oxuması ən əsas da seçdikləri peşə üçün təkcə tədris olunan vəsaitlərlə qanə olmamasından aslıdır.
Əgər hansısa tələbə MİQ imtahanlarında olan sulların tədris edilməməsindən şikayət edirsə onu faktlarla sübut etməlidir. Bu günə qədər də belə bir fakt gətirənə rast gəlinməyib. Deyilən ittihamlar imtahanlarda uğursuzluq qazananların özünü müdafiə üsulundan başqa bir şey olmayıb”.

