Bərdədə 27 sentyabr Anım günü münasibətilə şəhid ailələri ziyarət olundu.
Bərdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun İcra hakimiyyətinin başçısı Vidadi. İsayev YAP Bərdə rayon təşkilatının, hüquq – mühafizə orqanlarının rəhbərləri, ziyalılar, dini nümayəndələr ilə birlikdə 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrində olmuş, onlarla goruşmüş, qayğıları ilə maraqlanmışlar.
Görüş zamanı Müzəffər Lider cənab İlham Əliyevin rəhbərliyi altında xalq, iqtidar, Ordu birliyi, şəhid oğulların igidliyi, qazilərin qəhrəmanlığı ilə torpaqlarımızın işğaldan azad olunmasından, Böyük tarixi Qələbə və Zəfərin əldə olunmasından, Azərbaycanımızın yenidən Qarabağla bütövləşməsinin möhkəmləndirilməsi üçün ölkə rəhbərinin apardığı uğurlu daxili və xarici siyasətdən, böyük tikinti işlərindən danışılmışdır.
Şəhid ailələri Müzəffər Lider cənab İlham Əliyev və ölkənin birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlət səviyyəsində onlara göstərdikləri diqqət və qayğıdan məmnun olduqlarını bildirmişlər.