Hadisə 

Bakıda dörd yaşlı uşaq dördüncü mərtəbədən yıxıldı

Suraxanı rayonunda azyaşlı binadan yıxılıb.

ARANTV.AZ xəbər verir ki, hadisə Əmircan qəsəbəsində baş verib.

2015-ci il təvəllüdlü Muradxani Püstəxanım Pərviz qızı yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.oxu.az

Daha çox xəbərlər