Hadisə 

Lənkəranda qəzada xəsarət alan qadın Bakıya gətirildi

Səhiyyə Nazirliyi Lənkəranda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların son vəziyyəti ilə bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Lənkəran Mərkəzi Rayon Xəstəxanasında hazırda dörd nəfərin müalicəsi davam etdirilir.

Qeyd olunub ki, yaralıların vəziyyəti orta-ağır stabil qiymətləndirilir:

“Vəziyyəti ağır qiymətləndirilən və reanimasiya şöbəsinə yerləşdirilən 42 yaşlı qadın isə sanaviasiya ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına çatdırılıb. Xəstə dərhal əməliyyat olunub. Vəziyyəti ağır olaraq qalır”.

Daha çox xəbərlər