İdman 

Azərbaycan – Xorvatiya: biletlər satışa çıxarıldı

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da keçiriləcək Azərbaycan – Xorvatiya oyununun biletləri satışa çıxarılıb.

ARANTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyası Assosasiyası məlumat yayıb.

Biletlərin qiyməti 2 manatdan 20 manatadəkdir.

“Bakcell Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Xatırladaq ki, seçmə mərhələdə E qrupunda mübarizə aparan millimiz üç oyundan xalsız qalaraq sonuncu yerdədir.oxu.az

Daha çox xəbərlər