Gündəm 

Abadlaşan Cəbrayıl

Zəngin sərvətləri olan Cəbrayıl şəhəri 1930-cu ildə yaradılmışdır. 23 avqust 1993-cü il tarixində sahəsi 104980 hektar olan Cəbrayıl şəhəri Ermənistan ordusu tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13,928 milyard dollar məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar. 2006-2007-ci illər ərzində ermənilər tərəfindən rayonun 16 min hektardan çox olan ərazisində yanğınlar törədərək şəhəri məhv etmişlər.

Rayonun ərazisi sement istehsalı üçün qiymətli xammal ilə, mərmər və başqa tikinti materialları ehtiyatları ilə zəngin olmuşdur. Əhali işğaldan əvvəl əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul idi. Rayonda tikiş, xalça, cihazqayırma sexləri və müxtəlif sənaye obyektləri fəaliyyət göstərirdi.

Cəbrayıl rayonu görkəmli alim və ziyalıları ilə də fərqlənən şəhərlər sırasında idi. 1994-cü ildə keçirilmiş Horadiz əməliyyatı nəticəsində Cocuq Mərcanlı işğaldan azad edilmişdir. 2016-cı il Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyi ordumuz tərəfindən nəzarət altına alınmışdır.

2020-ci il 27 sentyabr tarixində başlayan İkinci Qarabağ müharibəsində Cəbrayıl şəhəri də 4 oktyabr tarixində işgaldan azad edilmişdir.

Salatın Xankişiyeva,
Xətai rayonu 116N-li məktəbin Texnologiya müəllimi

Daha çox xəbərlər