Cəmiyyət 

Bu il Məhərrəm ayı sentyabrın 1-də başlayır

Hicri-qəməri təqivimi ilə bu il Məhərrəm ayı sentyabrın 1-də başlayır.

İslam.az-ın verdiyi xəbərə görə, avqustun 31-də Hicri-qəməri tarixi ilə 1440-cı ilin sonuncu Zilhiccə ayı bitir, sentyabrın 1-də 1441-ci ilə qədəm qoyuruq – Məhərrəm ayı başlayır. Bu ay hicri ilinin ilk ayı olması və bu ayda döyüşlərin və müharibələrin haram edilməsi ilə yanaşı, həm də Aşura günündə baş vermiş faciəli Kərbəla hadisəsi ilə əlamətdardır.

Bu ayın ilk iki həftəsində dünya müsəlmanları, eləcə də Azərbaycanlı inanclılar məscidlərə gedərək,  İmam Hüseynin (ə) şəhid edilməsini bir daha xatırlayacaq, mərsiyələr deyəcək, rozələr söyləyəcəklər.

Qeyd edək ki, bu il Aşura günü sentyabrın 10-na təsadüf edir.

Daha çox xəbərlər