Şou biznes 

Nadir xərçəngdən vəfat edən bacısı ilə bağlı paylaşım etdiFOTO

Müğənni Nadir Qafarzadə vəfat edən bacısı ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, o, instaqram hesabında Sərvinaz xanımla çəkilən fotosunu paylaşıb.

Qafarzadə bacısının vəfatından iki il ötdüyünü və ona Allahdan rəhmət dilədiyini bildirib:

“Allah, sənə rəhmət etsin, bacım! 2 il sənsiz”.

Xatırladaq ki, ifaçının 58 yaşlı bacısı Sərvinaz Müqbilova iki il əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişib.

Daha çox xəbərlər