Hadisə 

Bakıda zəncirvari qəza – Yola dağılan yağ 5 maşına ziyan vurdu – VİDEO

Ötən gecə Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, qəza Qaradağ rayon Lökbatan qəsəbəsində qeydə alınıb. Şəhər istiqamətində hərəkət edən 5 avtomobil, yola dağılan maşın yağına görə qəza törədiblər.

Yağın üzərindən kəçən avtomobillər idarəetməni itirərək dəmir arakəsməyə çırpılıblar.

Hadisədə xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.

Daha çox xəbərlər