Cəmiyyət 

“Məktəbəqədər təhsil müəssisələrində aparılan işlərlə bağlı konkret faktlar ortalığa qoyulmalıdır”: RİZVAN FİKRƏTOĞLU

Məktəbəqədər təhsil, təhsilin ilk pilləsi hesab edilir və uşaqların intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini təmin edir. Məktəbəqədər təhsil müəssisələrində 5 yaşdan 6 yaşadək uşaqlar üçün məktəbəhazırlıq qrupları təşkil edilir. Qanunvericiliyə əsasən beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir.

Təəssüf ki, Azərbaycanda məktəbəqədər təhsil icbari deyil. Bununla birgə demək olar ki məktəbəqədər təhsil müəssisələrinin say azlığı bu gün valdeyinlərin narazılığına səbəb olan məsələlərdəndir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, Azərbaycanda müəyyən sayda dövlət və özəl məktəbəqədər təhsil müəssisələri mövcuddur. Lakin özəl müəssisələrin qiyməti baha, dövlət müəssisələrində isə yer məhdud olduğundan uşaqları yerləşdirmək mümkün olmur:

"Məktəbəqədər təhsil müəssisələrində aparılan işlərlə bağlı konkret faktlar ortalığa qoyulmalıdır": RİZVAN FİKRƏTOĞLU“Hazırda dövlət məktəbəqədər təhsil müəssislərinin sayı azdır. Bu, həm də uşaqların məktəbəqədər təhsildən yayınma hallarına yol açır, icbarilik prinsipi yaranmır.
Düşünürəm ki, məktəbəqədər təhsillə bağlı işləri mütləq sürətləndirmək lazımdır. Yeni təhsil müəssisələri inşa etdirilməli, infrastruktur yenilənməli, kamera sistemləri quraşdırılmalıdır. Yoxsa yetərli nəticələr əldə edə bilməyəcəyik. Konkret işlər ortaya qoyulmalıdır.

Müsbət addımlar da atılıb. Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçilərin və bir sıra işçilərin işə qəbulu testləşdirilib, nəticə olduğu halda işə qəbul edilirlər. Bu il tərbiyəçilər üçün diaqnostika, növbəti ildə sertifikasiya imtahanlarının keçiriləcəyi gözlənilir. Pedaqoji kollektivin gücləndirilməsi baxımından məsələlər həllini tapmaqdadır”.

Daha çox xəbərlər