Məşhur serial Qarabağda çəkilə bilər – FOTO
Aktyor Elşən Orucov “Bozbash Pictures”lə bağlı açıqlama verib.
Milli.Az xəbər verir ki, bu barədə o, jurnalist Pərviz Hüseynin “Pərvizə görə” layihəsində danışıb.
Elşən deyib ki, sözügedən layihəni Qarabağda çəkmək istəyirlər:
“Bunu daha əvvəl də demişdik. Fikirləşirik ki, Qarabağda “Bozbash Pictures”in 10-15 bölümlük seriyasını çəkək. Amma hələ vaxtı deyil. Orada quruculuq işləri gedir. Biz də ən mükəmməl şəkildə hazırlamaq istəyirik. Çünki xaricdə də izləyirlər. O cümlədən düşmənlərimiz baxır”.