Cəmiyyət 

EVLƏNƏN az, BOŞANAN çox – KİMDİR GÜNAHKAR?

İlbəil nikaha girənlərin sayı azalır. Daha doğrusu normal yaş həddində nikaha girməmək halı artıq problemdir. Mütəxəssislərin fikrincə, gənclər arasında biri-birinə qarşı olan etimad və şübhələr evlənməyə əngəl törədir.Həmçinin karyera qurmaq arzusunda olan gənclər var ki, nikah üçün normal yaş həddini ötürərək həyatlarını təhsil və işə həsr edirlər. Bu isə gənclərin ailə qurmamasına səbəbdir.

Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, ailə insititu hər bir ölkənin, hər bir cəmiyyətin ahəngdar inkişafı və tərəqqisi üçün mühüm məsələdir. Bizim müasir cəmiyyətdə gənclərin ailə qurmağa olan marağının azalmasında bir neçə səbəb vardır:

EVLƏNƏN az, BOŞANAN çox - KİMDİR GÜNAHKAR?“Boşanmaların artması ailə qurmayan gənclərə mənfi psixoloji təsir edir. Beləliklə də ailə haqqında təsəvvürlər dəyişir. Əgər keçmişdə gənclər ömürlərini bir ailə ilə bağlamağı önəmli hesab edirdilərsə, bu gün bu belə deyil. Çünki, gənclər ömürlərini ailəyə bağladıqları zaman yaranacaq problemlərin öhdəsindən gələ bilməyəcəklərini düşünürlər.

Bu gün mənası və məğzi bilinməyən teleseriallar çəkilir. Heç birində də ailə bütövlüyü və müqəddəsliyi təbliğ edilmir.
Gənclər gözünü açan kimi, internet də, televiziya da elə informasiyaların təsiri altına düşürlər ki, ailə dəyərləri onların gözündən düşür. Bilmirlər ki, ailədə özünün və həyat yoldaşının vəzifələri və öhdəlikləri nələrdən ibarətdir.
Bu hal əhali artımına, mənəvi-psixoloji məsələlərə, xaotik proseslərin yaranmasına da təsir edir”.

EVLƏNƏN az, BOŞANAN çox - KİMDİR GÜNAHKAR?Əhməd Qəşəmoğlu qeyd etdi ki, təəssüflər olsun ki, uyğun qurumlar ailə münasibətlərinin inkişafı ilə bağlı heç bir iş görmür, ailə məsələləri ilə bağlı ciddi maarifləndirmə işi aparılmır. Mən bağırıram amma heç kim eşitmir. Onlar sanki nə etmək lazım olduğunu başa düşmürlər. Hadisələr buraxılır öz axırana. Nəticələr isə artıq göz qabağındadır:

“Təcili şəkildə humanitar sahədə, ailə ilə bağlı siyasətimizdə konkret və ciddi işlər görməyimizə ehtiyac var. Bu işə ilk növbədə orta məktəbdən başlamalıyıq. Orada incə metodlarla ailə insititunun vacibliyini təbliğ edən xeyli faydalı məsləhətlər verilməlidir. Televiziyalarımızda maarifləndirici verilişlər hazırlanmalıdır. Əgər məsul təşkilatlar iş prinsipini necə aparacaqlarını bilmirlərsə, mən bu işdə onlara kömək etməyə hazıram”.

Daha çox xəbərlər