Yeni ildən pensiyalar bu qədər artacaq
Ölkəmizin dövlət büdcəsi həmişə sosialyönümlü olması ilə fərqlənir. Büdcədə sosial məqsədlər üçün ayrılan vəsaitlərin ildən-ilə artırıldığının şahidi oluruq.
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum pensiya yenidən artırılacaqdır.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ölkədə prezidentin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi artıq pensiyaların artımıyla bağlı sənədlər hazırlayaraq təqdim edib:
“İlk praqnozlarda da artım nəzərdə tutulur. Hazırda bu məsələ Milli Məclisin müzakirəsindədir. Amma artımın səviyyəsi ilə bağlı indidən nəsə demək mümkün deyil. Ümumi büdcə parametrlərinə baxdıqda görürük ki, təqribən 8-10% həcmində pensiyaların artımı gözlənilir”.

