Siyasət 

ABŞ Bakı ilə razılaşdı – yarımçıq sülh olmayacaq!

Vaşinqton qəbul edir ki, sülh müqaviləsi COP29-la əlaqəli deyil və Azərbaycanı tələsdirmək mümkünsüzdür; İrəvan yekun sülh sazişini imzalamaq üçün Bakının konstitusiya tələbini yerinə yetirməsə, o imzanı görməyəcək…

Birləşmiş Ştatlar heç vaxt COP29-u Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişi ilə əlaqələndirməyib. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə bildirib. “Biz bu razılaşmanı heç vaxt COP29 ilə əlaqələndirməmişik.

Vaşinqton qəbul edir ki, sülh müqaviləsi COP29-la əlaqəli deyil və Azərbaycanı tələsdirmək mümkünsüzdür; İrəvan yekun sülh sazişini imzalamaq üçün Bakının konstitusiya tələbini yerinə yetirməsə, o imzanı görməyəcək…

Birləşmiş Ştatlar heç vaxt COP29-u Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişi ilə əlaqələndirməyib. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə bildirib. “Biz bu razılaşmanı heç vaxt COP29 ilə əlaqələndirməmişik.

Bir neçə ay əvvəl biz Ermənistanla Azərbaycan arasında sülh sazişi görmək istəyirdik və buna təkid edirdik. Ümid edirik ki, bu, əldə olunacaq. Lakin bu, Birləşmiş Ştatlardan deyil, tərəflərdən asılıdır”, – deyə bildirib. Ötən ay Nyu-Yorkda üçtərəfli nazirlər görüşü keçirən dövlət katibi Entoni Blinken hər iki ölkəni “mümkün qədər tez” sülh sazişini imzalamağa çağırmışdı. Ümumiyyətlə, BMT-nin son sessiyasında belə bir sənədin imzalanması haqda danışılırdı. Bəllidir ki, Prezident həmin tədbirdə iştirak etmirdi…

O ərəfədə erməni nəşrlərindən biri yazmışdı ki, Paşinyanın komandasının üzvləri Nyu-Yorka səfərindən sonra pərdəarxası proseslərin təfərrüatını açıqlayıblar. Qeyd ediblər ki, ABŞ-da razılaşma sənədi imzalanmalı idi. Bu razılaşmanı isə Cənubi Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisinin müavini Coşua Hek hazırlamışdı. Bildirilirdi ki, Dövlət Departamentinin planına zidd olaraq, ABŞ-da heç bir sənədə imza atılmadı. “Sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz”. Bunu isə Prezident İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı bu baxımdan Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirib və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğulayıb. Bəllidir ki, COP29-a qədər Azərbaycanla Ermənistan arasında ən azı ilkin sülh müqaviləsinin imzalanması rəsmi Bakının ideyasıdır. Azərbaycan bununla bağlı mövqe ortaya qoyub.

Ermənistan COP29-a qədər sülh imzalamaqla bağlı fikirlərində səmimi və dürüst olsa idi, bu günə qədər ölkə konstitusiyasının dəyişdirilməsi ilə bağlı cəhdlər edərdi. ABŞ Dövlət Departamenti sözçüsünün mövqeyindən də o anlaşılır ki, Vaşinqton yarımçıq sülh sazişi ilə bağlı Bakının mövqeyini qəbul edib. Bu isə əslində Ermənistanın danışıqlarda çox güvəndiyi Qərb platformasının da iflasa uğraması deməkdir.

Yada saalq ki, Ermənistan parlamentinin spikeri Alen Simonyanın Parlamentlərarası İttifaqın 149-cu Assambleyasının ümumi müzakirələrində çıxışı zamanı Azərbaycanla sülh sazişinin 16 maddəsinin razılaşdırıldığı haqqındakı bəyanatı ciddi müzakirələr doğurub. Bundan öncə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla müzakirə edilən sülh sazişində 13 maddənin razılaşdırıldığı, yalnız 3 maddə və preambulada ortaq məxrəcə gəlinmədiyini bildirmişdi. Simonyanın “16 maddə razılaşdırılıb” deməsindən belə görünür ki, “razılaşdırılmayan maddə” qalmayıb və sülh sazişi artıq tam “hazırdır”.

Bəzi erməni nəşrləri iddia edib ki, Ermənistan əslində “kluarlarda” digər 3 maddə ilə bağlı Azərbaycanın tələblərini qəbul edib, Simonyan da dolayısı ilə buna işarə edib. Azərbaycan politoloqları isə bunu Simonyanın hiyləgər gedişi kimi qiymətləndirir. Onların fikrincə, Alen Simonyan bununla guya sülh sazişi bağlamaq üçün heç bir maneənin qalmadığı təəssüratı yaratmaqla, Azərbaycanı “sülh sazişindən qaçan tərəf” kimi təqdim etməyə çalışır.

“3+3 formatında görüş Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün müqəddimə ola bilər”. Türkoloq Mger Abramyan “Sputnik Ermənistan”a müsahibəsində deyib. Onun sözlərinə görə, 3+3 platformasında sülh müqaviləsi layihəsinin hələ razılaşdırılmamış məqamları müzakirə oluna bilər ki, bu da yekun sənədin imzalanmasını yaxınlaşdırar: “Türkiyə və Azərbaycan çox güman ki, birgə hərəkət edəcək və Ermənistan rəhbərliyi və XİN isə müəyyən razılığa gələ bilər. Sonra daha bir görüş olacaq, orada bu müqavilə kağız üzərində təsbit ediləcək”. Abramyanın fikrincə, əgər əvvəllər Azərbaycan sülh sazişində tələsirdisə, indi Ermənistan tələsir və rəsmi Bakının təkid etdiyi bütün şərtləri və məqamları qəbul etməyə hazır kimi görünür. Bu, ilk növbədə Azərbaycana, sonra isə Türkiyəyə sərfəlidir.

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam – Yeni Çağ Media

Qabil Hüseynli

“Yeni Müsavat”a danışan professor Qabil Hüseynlinin fikrincə, ABŞ artıq Azərbaycanın yarımçıq sülh sənədi imzalamayacağı təkidini qəbul edib: “Vaşinqton razılaşıb ki, Bakı mövqeyini dəyişən deyil. Üstəlik, Birləşmiş Ştatlar bizi yarımçıq sülh kağızına imza atmağa məcbur edə bilməz. Sadəcə, Bayden administrasiyası son aylarını yaşadığı üçün bu sənəddə tarixi rolunun olmasını istərdi. Ermənistan da narahatdır ki, Tramp seçkilərdə qalib gələrsə, ABŞ-nin dəstəyi o səviyyədə olmayacaq. Paşinyan Respublikaçılarla Demokratlar qədər yaxın deyil. Hətta Trampın qələbəsindən sonra Vaşinqtonun Moskva ilə yaxınlaşması baş verərsə, Rusiyanın sülh müqaviləsi ilə bağlı vasitəçilik səylərini artıracağı istisna deyil. Bu zaman Bakı və İrəvana təsirlərini gücləndirməyə çalışacaq”.

Q.Hüseynlinin qənaəti budur ki, bütün bu tələskənliklərə baxmayaraq, Ermənistanın arzusu reallaşmayacaq və Dövlət Departamentinin yuxarıdakı bəyanatı da bunu düşünməyə əsas verir: “Bəli, COP29 ərəfəsində hansısa niyyət protokolu, yaxud çərçivə sənədi mümkündür, amma yekun sülh müqaviləsinin imzalanması üçün təkcə 16 bəndin razılaşdırılması yetərli deyil. Çünki sülh mətni tamamilə razılaşdırıla bilər, oradakı müddəalara tərəflərin etirazının olmaması da mümkündür, lakin İrəvan qanunvericilik aktlarına düzəliş etmirsə, konstitutsiyasında “Qarabağın Ermənistana birləşdirilməsi” ideyasını saxlayırsa, 16 yox, lap 116 bənddə razılaşma olsun, nəticə dəyişmir. Ona görə də Ermənistan Azərbaycanın bütün tələblərini yerinə yetirməlidir”.

Zaur Məmmədov: Tarix təkrarlanır

 Zaur Məmmədov

Politoloq Zaur Məmmədovun fikrincə, Ermənistanla yarımçıq  sülh müqaviləsini imzalamağa bizi tələsdirənlərin əsas məqsədi sonra öz hərbi bazalarını Qafqaza gətirməkdir: “Müqavilə imzalanardı, əgər qarşı tərəf qanunvericiliyini dəyişsəydi.  Burada narahatlığımız Ermənistanın arxayınlaşaraq gələcəkdə Azərbaycana qarşı müharibəyə başlamaq ehtimalıdır. Aydın şəkildə görünür ki, Ermənistan özünü sülhpərvər, Cənubi Qafqazda sıxışdırılmış, fağır ölkə kimi təqdim etmək istəyir. Bunun da səbəbi məlumdur: dünya ölkələri onlara daha çox maliyyə, siyasi və hərbi dəstək göstərsinlər. Nəticədə ayrı-ayrı ölkələrin parlamentləri bizə qarşı bəyanatlar səsləndirirlər”.

qaynarinfo.az

 Asif Nərimanlı

Siyasi icmalçı Asif Nərimanlının sözlərinə görə, rəsmi Bakının məsələyə reaksiyası yoxdur, hərçənd razılaşdırılmayan bəndlər üzərindəki ziddiyyətli mövqe fonunda Simonyanın yalan danışdığı ehtimalı daha çoxdur: “Çünki Azərbaycan sazişə paket formatında yanaşır və ötən həftə Prezident İlham Əliyev Moskvada “Bütün məsələlər razılaşdırıldıqdan sonra razılığa gəlmək olar” açıqlamasını verdi. Ötən bir həftədə nə Bakının, nə də İrəvanın mövqeyində korrektələr nəzərə çarpıb. Simonyanın bu iddianı irəli sürməsi diplomatik hiylə xarakteri daşıyır və beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdidir”. Təhlilçi hesab edir ki, Ermənistan bu cür manevrlərlə razılaşdırılmayan bəndləri kənara qoymaq, razılaşdırılmış bəndlər üzərində saziş imzalamaq hədəfinə beynəlxalq dəstək qazanmaq niyyətindədir: “Və belə bir iddia Bakının cavab zərurətini yaradacaq ki, bu da İrəvana “Azərbaycan sülhdən yayınır” rəyini yaratması imkanı verir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Daha çox xəbərlər