Xoruz yumurta toplayan qadını öldürdü
Avstraliyada xoruz yerli sakinə öldürücü zərbə vurub.
ARANTV.AZ bu barədə APA-ya istinadən xəbər verir.
Məlumata görə, qadın yumurta toplayan zaman xoruz ona hücum edib.
Belə ki, xoruzun yumurta toplayan qadını dimdiklə vurması nəticəsində onun varikoz damarı kəsilib və o, çoxlu qan itirmədən ölüb.
Yerli rəsmilər qadının şəxsiyyəti barədə məlumat verməyib.

