Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Ailələrə əl uzadanların məqsədləri nədir?

By Vüsal Rafiqoğlu
19.10.2024 3 Min Read

Bu, xaricdən bizə göndərilən və görünməyən böyük təhlükədir

Yüz illər boyu Azərbaycanda ailə müqəddəs sayılıb. Nənə-babalarımız boşanmalara yol verməyiblər və buna pis baxıblar. Qız- gəlinlərimiz isə ana olmağı, nəsil artırmağı hər şeydən vacib hesab ediblər. Hətta yalnız toy günündə bir-birini görən gənclər ömürlərinin sonuna qədər birgə ömür sürərək övladlar böyüdüblər. Nə qızlar, nə də oğlanlar indi deyildiyi kimi, “karyera qurmağı” gözləməyiblər. Onlar sadə həyat tərzi keçiriblər və buna şükranlıq ediblər. Ancaq indi vəziyyət başqadır. Orta yaşayış tərzi keçirənlər belə narazıdırlar. Harın həyata qovuşmaq üçün üçün ailələrini dağıtmağa belə hazır olanlar var. Bir sözlə, ailə ənənələrimiz pozulur, cütlük arasına rəxnə düşür və ailələr sürətlə dağılmağa başlayır. Bu təhlükənin böyüdüyünü hiss edən cəmiyyətimizin üzvləri artıq öz narahatlıqlarını ifadə edir və “həyəcan təbili” çalırlar.

“Azərbaycanda boşanmaların sayı son illər 50 faizə yaxınlaşıb ki, bu da rekord sayıla bilər. Bu, artıq konkret şəkildə tam bir faciə, cəmiyyətin mənəvi cəhətdən çökməsi, ortalığın sahibsiz, yetim uşaqlarla doldurulması və ailə institutlarının dağılması deməkdır.”

Bu sözləri Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı ölkəmizdə boşanma və evlənənlərin sayı haqda son statistikaya münasibət bildirərkən deyib. Onun sözlərinə görə, son illər cəmiyyətdə boşanmalar adi hal alıb: “Nəinki boşanmalar artır, buna paralel olaraq evlənənlərin, uşaq doğumunun da sayı azalır. Bunlar isə aparılan zərərli mənəvi-psixoloji təbliğatın nəticəsidir. Gənclərə karyera qurmaq, biznes təşkil etmək, milyonlar qazanmaq kimi təbliğatlar aşılayaraq, onları gec evlənməyə vadar edirlər. Müasirlik adı altında televiziya, internet şəbəkələri, seriallar təbliğatlar aparır və eləcə də bəzi psixoloq, sosioloqlar, müğənnilər ailə institutlarımıza qarşı göz görə-görə mənəvi terror aktı törədir. Bu, dəhşətli bir tendensiyadır.”

Ekspertin sözlərinə görə, bu məsələdə sosial-iqtisadi problemlərin rolu daha çox qabardılır.Lakin əsas problem mənəviyyatımızın aşınmasındadır. Bəyəm əlli, yüz il və onlardan da əvvəlki dövrlərdə çətinliklər, problemlər yox idi? Əlbəttə, vardı, özü də indi olduğundan dəfələrlə çox idi. Şübhəsiz ki, problemin dərinləşməsində, sosial-iqtisadi səbəblər də az rol oynamır. İndiki dövrdə gənclərin iş tapması, ev alması çox çətindir. Bu problemlər bəzi gəncləri evlənməkdən çəkindirir. Amma əsas səbəb bu deyil. Boşanmalar maddi rifahı yüksək olan ölkələrdə aztəminatlı ailələrdəkindən daha çoxdur. Azərbaycanın ağır sosial-iqtisadi dövrlərində boşanmalar minimum səviyyədə idi. Yəni, sosial səbəbləri şişirdib problemi bu istiqamətə yönləndirmək lazım deyil. Bizdə boşanma və evlənmələrdə, uşaq sayının azalmasında sosial-iqtisadi problemlərin payı 20, mənəvi-psixoloji vəziyyətin payı 80 faizdir.

Boşanmaların əsas səbəblərindən biri gənclərimizin avropalaşma kimi səhv ideyalara uymalarından irəli gəlir. Amma gənclərimiz unudurlar ki, biz avropalı deyilik, onlarda normal sayılan bir çox adətlər, ənənələr bizdə anormal sayılır. Azərbaycana zərərli təbliğat da məhz bizə Avropadakı bədxahlarımızdan gəlir. Ailə institutunun dağıdılması Azərbaycana qarşı çoxvektorlu hücumun istiqamətlərindən yalnız biridir. Onlar Azərbaycanda ailələrin uzunömürlü və çoxuşaqlı olmasından narahat olurlar. Bakıda feministlərin peyda olmaları və öz “hüquqlqrını” tələb etmələri bunun təzahürüdür. Bu, xaricdən gələn bir layihədir və nəticəsi bəllidir. Türklərin və müsəlmanların artımını həzm edə bilmirlər. Gənclər Avropadan göndərilən “karyera qurmağı”, valideynlərlə birgə yaşamamağı iddia edirlər. Gəlinlər qaynanaya və qayınataya xidmət etmək istəmirlər. “Müasir” ailələr dünyaya bir və ya ikidən artıq uşaq gətirmirlər. Odur ki, gənc ailələr tək və öz istədikləri kimi yaşamağa üstünlük verirlər. Ulularımız isə deyiblər ki, “Allahsız yerdə otur, böyüksüz yerdə oturma.”

Müasirlik adı altında ailənin dağılmasına səbəb olan məsələlərdə xarici kinofilmlərin, bəzi mərasimlərin təbliğ olunmasının ziyanı az deyil. Sosial şəbəkələr isə hamısını geridə qoyub. “İnstaqram” vasitəsi ilə qızlar, hətta evli qadınlar tanımadıqları kişilərlə yazışır, görüşür və sonda faciəyə düçar olurlar. Kimi halal ərini, ailəsini, kimi nişanlısını itirir. Bu sahədə yerli telekanallarımızda gedən bəzi proqram və verilişlərdə açıq-saçıq geyimlərin nümayişi, ailə haqqında dayaz düşüncələrin səsləndirilməsi, əxlaqdan, tərbiyədən uzaq əttökən sözlərin və fikirlərin işlədilməsi yeniyetmələrin tərbiyəsinə mənfi təsir göstərir, onları ədəb-ərkandan uazaqlaşdırır. İş o yerə çatıb ki, artıq bir çox valideynlər bu cür verilişlərin bağlanmasını qətiyyətlə tələb edirlər.

Qeyd edək ki, rəsmi statistikaya əsasən, 2024-cü ilin yanvar-avqust ayları ərzində 30.788 nikah və 14.248 boşanma halı qeydə alınıb. Göründüyü kimi, bu acı statistikadır. Bu, fakt gələcək təhlükələrdən xəbər verir. Axı, ailə cəmiyyətin kiçik forması və özəyidir. Boşanmaların və onunla gələn bir yığın problemin qarşısının alınması üçün genişmiqyaslı təbliğat işləri aparılmalıdır. Yaxşı olar ki, bu işlərə ağsaqqallar, aidiyyəti qurumların nümayəndələri və cəmiyyətdə nüfuz qazanmış şəxslər cəlb edilsinlər. Axı, ağsaqqal, ağbirçək sözünün qəbul edilməsi milli ənənələrimizdəndir. Heç olmasa o yalnız bizə məxsus olan milli dəyərimizə hörmət edək.

Vəli İlyasov, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bəşəriyyətin su böhranı ciddiləşir

Next

Narkomaniya – ölümə aparan ən qısa yol

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv