Dünya 

Rusiyada ilk dərs günüdür

Bu gün Rusiyada ilk dərs günüdür.

ARANTV.AZ  AZƏRTAC-a istinadən bildirir ki, ənənəvi olaraq Bilik Günü Rusiyada sentyabrın 1-də qeyd olunur. Bu il sentyabrın 1-i bazar günü olduğu üçün təhsil ocaqları bayramı sentyabrın 2-də qeyd edir.

Rusiya Təhsil Nazirliyinin məlumatına görə, cari ildə 16,5 milyondan çox şagird məktəbə gedəcək ki, bu da ötən illə müqayisədə təxminən 2 milyon çoxdur. Ölkədə 42 min orta məktəb fəaliyyət göstərir. Ali məktəblərə isə 4,1 milyon tələbə yay tətili və təcrübələrindən sonra qayıdacaq, yaxud birinci kursda ilk mühazirələri dinləyəcək.

Daha çox xəbərlər