Region Xəbərləri 

AR gənclər fondunun dəstəyi ilə keçirilən “Qarabağ irsinin intellektual oyunlar vasitəsilə təbliği” layihəsi uğurla başa çatmışdır.

Layihə çərçivəsində Xocavənd və Beyləqan rayonlarından olar, hər biri 5 nəfərdən ibarət 9-11-ci sinif şagirdlərindən təşkil olunmuş ümumilikdə 20 komanda ənənəvi “Nə? Harada? Nə zaman?” intellektual oyun formatında mübarizə aparmış, final mərhələsində Beyləqan rayonunun Araz qəsəbə tam orta məktəbinin “Araz” komandası qızğın mübarizənin yekununda turniri qələbə ilə başa vurmuşdur. Layihənin təşkilində əsas məqsəd xüsusilə böyük qayıdış ərəfəsində gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, qarabağın tarixi, mədəniyyəti, folkloru və s. barədə maarifçilik işinin təşkili, habelə Qarabağın bərpası və dirçəldilməsində gənclərin rolunun artırılması istiqamətində stimul verməkdir. Layihə yerli ictimaiyyət tərəfindən də müsbət qiymətləndirilmişdir. Layihə rəhbəri Çingiz Quliyev qalibləri səmimi qəlbdən təbrik etdiyini və bütün iştirakçılara, o cümlədən göstərdikləri dəstəyə görə AzərbaycanRespublikası Gənclər Fonduna dərin minnətdarlığını bildirdiyini söyləmişdir.

Daha çox xəbərlər