Cəmiyyət 

Qarabağ dağlarında köçəri maldarlığı inkişaf etdirmək mümkündürmü?

Dədə-babadan azərbaycanlılar maldarlığın inkişafı üçün səylə çalışıb. Yaz-yay mövsümünü yaylaqda keçirən köçəri heyvandarlar havaların soyuması ilə əlaqədar sürülərini Arana – qışlağa gətirib. Qarabağımız işğaldan əvvəl köçəri maldarların yaylaq yeri olub. Lakin işğaldan sonra maldarlar Aran ərazilərində yəni qışlaqda qalmalı oldular.

Bəs bu gün Qarabağ dağlarında köçəri maldarlığı inkişaf etdirmək mümkündürmü?

BiG.AZ-a mövzu ilə bağlı açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov qeyd edib ki, Azərbaycanda hər zaman kənd təsərrüfatı qışda arana, yayda isə qışlağa köçməsi ilə inkişaf edib:

Qarabağ dağlarında köçəri maldarlığı inkişaf etdirmək mümkündürmü?“Hazırda torpaqlar xüsusi mülkiyyətdədir. Bir hissəsi dövlətin, bir hissəsi isə bələdiyyələrin tərkibindədir. İşğaldan azad edilmiş ərazilərdə torpaqlar icarəyə götürülüb. Kənd Təsərrüfatı Nazirliyi torpaqların hansı şirkətlərə icarəyə verilməsinə dair qərar verib. Ona görə də maldarlığın yaylaqdan qışlağa köçürülməsi kimi tədbirin həyata keçirilməsi hazırda mümkün deyil.

Məsələnin digər tərəfi isə hava şəraitinin dəyişməsidir. Son 30 il ərzində global istiləşmə baş verib. Həm aran, həm də dağ bölgəsində vəziyyət dəyişib. Yəni indi dağlarda yay ayında yağış bir o qədər yağmadığı üçün örüş və təbii biçənək ərazilərində ot örtüyü zəifləməyə başlayıb. Bu bölgələrə heyvanları aparıb otarmaq əvvəlki kimi əlverişli deyil. Bu səbəbdən də, hazırda maldarlıqla məşğul olan fermerlər mal-qaranı dağa qaldırmaqda maraqlı deyil”.

Qarabağ dağlarında köçəri maldarlığı inkişaf etdirmək mümkündürmü?Vahid Məhərrəmov bildirdi ki, ümumiyyətlə son 10 ildə dağ bölgələrində hava dəyişməsi ilə əlaqədar ot biçimi aşağı səviyyəyə düşüb. Havalar isti keçdiyindən bitki örtüyü istənilən səviyyədə böyümür:

“Azərbaycanda maldarlığın inkişafı üçün dağlıq ərazilərə getmədən də aran bölgəsində çox münbit şərait mövcuddur. Örüş sahələrinin vaxtlı-vaxtında suvarılması ilə maldarlığın yüksək səviyyədə inkişafına nail ola bilərik. Otun yetişdirilməsi və maldarlığın inkişafı üçün dövlət qurumları vaxtında lazımı tədbirlər görməlidirlər”.

Daha çox xəbərlər