Siyasət 

Azərbaycanın BRICS-ə üzvlük məsələsində ehtiyatlı mövqeyi var

“Azərbaycan xarici siyasətini ehtiyatla yürüdür. Hər hansı bir təşkilatla əməkdaşlıq formasını seçərkən gələcəkdə manevr imkanlarını məhdudlaşdırmayacaq yanaşmalara üstünlük verir. Bununla yanaşı, aparıcı təşkilatlarla əməkdaşlıq da qurur. Son dövrlərdə Avropa və Qərb təşkilatları Azərbaycana qarşı mənfi mövqe göstərir, baxmayaraq ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan buna cavab olaraq müxtəlif ölkə və təşkilatlarla əlaqələrini genişləndirir və bundan yumşaq təsir gücü kimi yararlanır”.

Bu fikirləri Musavat.com-a siyasi şərhçi Azər Hüseynov BRICS-in tərəfdaşlıq statusu verdiyi 13 ölkə arasında Azərbaycanın olmamasının səbəbini izah edərkən bildirib.

O qeyd edib ki, Azərbaycanın bu mövqeyi diplomatik baxımdan doğrudur: “Ölkəmiz böyük dövlətlərlə əhatə olunub və onların əhatəsində müstəqilliyimizi qorumaq önəmlidir. BRICS-ə tərəfdaş olmamağımızın səbəbi ehtimal ki, Azərbaycanın ehtiyatla davranması və son addımını zəruri məqamda atmaq strategiyasından qaynaqlanır. Əgər lazım olsa, Azərbaycan bu təşkilata üzv olmaq üçün səylərini artıra bilər. Lakin hazırkı vəziyyətdə diplomatik və strateji baxımdan bu addımın atılması məqsədə uyğun hesab edilmir”.

Daha çox xəbərlər