“Azərbaycana qarşı yalan və etiraz dolu bəyanatların səsləndirilməsi heç bir əhəmiyyət daşımır”-politoloq Turan Rzayev
Global iqlim dəyişmələri ilə mübarizədə böyük əhəmiyyətə malik olan COP29-un Azərbaycanda keçirilməsinə sayılı günlər qalıb. Ölkəmiz bu qlobal konfransa yüksək səviyyədə hazırlaşır. Bu istiqamətdə görülən işlər demək olar ki, yekunlaşmaq üzrədir.
Lakin maliyyə öhdəliklərindən qaçmaq istəyən Avropa ölkələri tərəfindən Azərbaycana qarşı böhtanlar və iddealar hələ də irəli sürülməkdə davam edir.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının bir tədbirinə ev sahibliyi edir. COP29 bizim platformamız deyil. Bunu biz yaratmamışıq. Bu məsələlərdə bizə təziq edilməsi yersizdir. COP29 faktiki olaraq BMT-nin tədbiridir və əslində baykod çağırışları, bizə yönəldilmiş propaqanda deyil. Ev sahibliyi etdiyi üçün heç bir ölkəni baykod etmək olmaz. Əgər Azərbaycana qarşı bu və ya başqa şəkildə təziqlər edilirsə bunun ünvanı biz yox məhz BMT-dir. Onlar dərd və problemlərini bu qurumla bölüşməlidirlər:
“Səsvermə zamanı ev sahibliyi üçün Azərbaycan namizədliyini irəli sürdü və qəbul edildi. Əgər Avropa ölkələrinin bir etirazı vardısa bunu o zaman etməli idilər. Azərbaycana qarşı yalan və etiraz dolu bəyanatların səsləndirilməsi heç bir əhəmiyyət daşımır. Aydın məsələdir ki, bu böhtanlar qərəzli xarakter daşıyır. Onlar bu gün Azərbaycanı neft-qaz ixrac edən bir ölkə kimi ittiham edirlər. Lakin unudurlar ki, COP29-un keçirildiyi başqa ölkələr də var. Onlar da neft-qaz ixrac edirlər. Digər tərəfdən neft-qaz ixrac etmək problemdirsə bu vasitələri Azərbaycandan alan ölkələr üçün də böhtan kompaniyaları başlamalıdır.Hazırda BMT-də sənayesi tullantılarla bol olan, atmosferi çirkləndirən ölkələr də var. Belə çıxır ki, onlar da bu ittihamların hədəfi olmalıdır.
Məsələ burasındadır ki, COP29-la bağlı Azərbaycanı ittiham edən ölkələr nüvə silahı istehsal edən ölkələrdir. Bu ölkələrdə Atom elektrik stansiyaları fəaliyyətdədir. Bu stansiyaların varlığı daha çox təbiətə ziyan vurur. Bu halda belə COP-29-a bu ölkələr ev sahibliyi edib”.

