Bərdədə anım tədbiri keşirilib
Millət vəkili Xanlar Fətiyev Bərdədə Vətən müharibəsi dövründə Ermənistanın dinc əhalini raket atəşinə tutması nəticəsində həlak olan mülki şəhidlərin xatirəsini anım tədbirində iştirak edib.
ARANTV.AZ xəbər verir ki, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə mülki şəhidlərin xatirəsinə salınmış lövhə ziyarət olunub, önünə tər güllər düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.
Anım tədbirində rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev çıxış etmiş, Ermənistanın Bərdədə beş dəfə törətdiyi terror faciəsi zamanı 28 nəfərin şəhid olduğunu, 112 nəfərin əlil olduğunu bildirmişdir.
Ümumrayon tədbirindən sonra Millət vəkili Xanlar Fətiyev mülki şəhid ailələrini ziyarət etmiş, onların problemləri ilə maraqlanmışdır.