Yenə küsdülər… – FOTO
Müğənni dostlar Şəbnəm Qəhrəmanova, Türkan Vəlizadə və Zeynəb Həsəninin münasibətləri yenidən pozulub.
Bu barədə Şəbnəm “İncə səhər” verilişində danışıb:
“Mən heç vaxt sarsıldığım yerdən yox, güvəndiyim yerlərdən vurulmuşam. Heç nəyə təəccüblənmirəm. Aramız dəyməyib, arada danışırıq. Demirəm ki, bir araya gəlsək, danışmaya bilərik, illərin bağı var ki, qopa bilmirik. O yaşım deyil ki, kiminsə arxasınca qaçım, o niyə belə oldu, elə oldu deyə düşünüm. O bitibsə, bitib artıq. Hamısına uğurlar arzulayıram. Heç zaman pisliklərini istəməmişəm, istəmərəm. Artıq dostum yoxdur. Bizim sənətdə dost yoxdur, dostluq bir uğura qədərdir”. (olay)