“Bizdə təhsil qrantının olmaması təəssüfləndirici haldır” – Ekspert
Azərbaycanda Türkiyədən fərqli olaraq təhsil qrantının olmaması ödənişli əsaslarla universitetə qəbul olan tələbələrin məbləği ödəməsinə çətinlik yaradır.Təhsil Tələbə Krediti Fondu yalnız 2-ci kursdan başlayaraq tələbələrə kömək edir.
Mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, bizdə təhsil qrantının olmaması təəssüfləndirici haldır. Bizdə Türkiyə və digər ölkələrdəki kimi təhsil qrantı olmasa da, əvəzində Təhsil Tələbə KreditI Fondunun genişmiqyaslı fəaliyyəti çətinlikləri aradan qaldırır.Ümumilikdə biz ali təhsil müəssisələrində təhsil haqlarının yuxarı olması ilə yanaşı keyfiyyət məsələsini də müzakirə etməliyik:
“Azərbaycanda təhsil haqlarının qiyməti ilə bağlı zaman-zaman müzakirələr keçirilir. Nəzərə alsaq ki, qonşu Türkiyədə hansı ki, gənclərimiz daha çox üz tuturlar qiymətlər ölkəmizə nisbətən daha ucuzdur. İstər keyfiyyət, istər qiymət baxımından abituriyentlərin xarici ölkələrə üz tutmasına gətirib çıxarır. Amma bizdə təhsil qrantı, burs elan edilə bilər. Təəssüf ki, biz bunu etmirik.Ödənişli təhsil alanlarımızın xərclərinin ödənilməsi 2021-ci ildən fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu həyata keçirir. Artıq Azərbaycanda istər özəl, istər dövlət ali təhsil müəssisələrində elə bir tələbə yoxdur ki, Təhsil Tələbə Krediti Fondunun məramlı missiyası haqqında məlumatlı olmasın.Artıq Təhsil Tələbə Krediti Fondu nəinki təhsil alanların ödənişlərini edir, onların kirayə haqqı və nəqliyyat xərclərinin də qarşılanması məsələsi də gündəmdədir. Bizdə Türkiyə və digər ölkələrdəki kimi təhsil qrantı olmasa da, əvəzində Təhsil Tələbə KreditI Fondunun genişmiqyaslı fəaliyyəti çətinlikləri aradan qaldırır.Ümumilikdə biz ali təhsil müəssisələrində təhsil haqlarının yuxarı olması ilə yanaşı keyfiyyət məsələsini də müzakirə etməliyik.Təəssüf ki, bir neçə universitetimizi çıxmaq şərti ilə əmək bazarına uyğun olaraq tələbələrin kadr hazırlığını tam həyata keçirə bilmirik. Düşünürəm ki, ödənişli təhsil alan tələbələrin sosial durumunu təmin etmək üçün Türkiyədən fərqli olaraq Təhsil Tələbə Krediti Fondunun uğurlu fəaliyyəti varsa , eyni zamanda kadr hazırlığında keyfiyyət məsələsinə diqqət yetirməliyik”.