Gündəm 

Zaman dəyişsə də antimilli ünsürlərin xisləti dəyişmir

Hər bir uğura düşmən mövqeyindən baxmaq artıq radikal müxalifət üçün xroniki xəstəlik halını alıb

Ötən illərdə  olduğu kimi, bu gün də təfəkkürlərində və düşüncələrində heç bir müasirliyə nail ola bilməyən dağıdıcı müxalifət nümayəndələri  xəyanət yolundadırlar.  Son illər müxtəlif internet kanalları açaraq qarayaxma kampaniyası ilə məşğul olan dağıdıcı müxalifətdə “inkarçılıq hissi” çox  yüksəkdir. Onların məqsədləri nəyin bahasına olursa-olsun Azərbaycan hakimiyyətinin həyata keçirdiyi uğurlu layihələri   gözdən salmaq, aparılan siyasi, sosial-iqtisadi islahatlara mənfi don geyindirməkdir.  İqtidarın atdığı hər bir uğurlu addım radikal müxalifət tərəfindən birmənalı şəkildə səhv hərəkət kimi qiymətləndilir. “Bəs radikal müxalifətin özü nə edir, nə edəcək” sualı isə hər zaman cavabsız qalır. Özlərinin konsepsiyaları barədə bir kəlmə belə danışmırlar. Onlar nə öz platformalarını açıqlayır, nə də ki, iqtidarın siyasətinə alternativ təkliflər irəli sürürlər.  Bu isə onların çürük psixologiyasından, gələcəklə bağlı heç bir siyasi, iqtisadi, sosial konsepsiyalarının olmamasından xəbər verir. Sadəcə onlar hakimiyyəti boş-boşuna tənqid etməklə  və anti-Azərbaycan dairələrin tezislərini təkrarlamaqla məşğuldurlar.

Hər bir uğura düşmən mövqeyindən baxmaq  radikal müxalifət üçün artıq xroniki xəstəlik halını alıb. Onların bacardıqları yeganə iş insanları itaətsizliyə çağırmaq, vətəndaşları qarşıdurmaya təhrik etməkdir. Dünya təcrübəsindən də məlumdur ki, vətəndaş itaətsizliyi vətəndaş müharibəsinə aparıb çıxaran amildir. Dünyanın sivil cəmiyyətlərində belə yanaşmalar heç vaxt qəbul olunmur.

Əslində radikal müxalifətin bu ənənəni davam etdirəcəyi gözlənilən idi. Bu mənzərə 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə Birinci Avropa Oyunları və digər mühüm beynəlxalq tədbirlər ərəfəsində də müşahidə olunub. Bu dəfə də radikal müxalif qrupları COP29 ərəfəsi bu mühüm beynəlxalq tədbiri gözdən salmaq üçün dəridən-qabıqdan çıxırlar. COP29 konfransının regionda ilk dəfə Azərbaycanda təşkil olunması Qərbin bəzi qərəzli təşkilatlarını üzdüyü kimi, onların yerli maşalarını da narahat edir. Təəssüf ki,  Azərbaycanı sevməyən quvvələrin diktəsi ilə oturub-duran bu antimilli ünsürlər yenə də fitnə-fəsadla məşğul olurlar.

Təhlillər göstərir ki, Azərbaycan əleyhinə oxşar təbliğat Ermənistan mətbuatında da həyata keçirilir. Təbii ki, bu sıraya Ermənistanla və erməni diasporu ilə sıx əlaqədə olan xarici medianı də əlavə etsək, daha doğru olar. İndiki halda radikal qrupların həyata keçirdiyi insanlıqdan uzaq, çirkin qarayaxma kampaniyasının tezisləri işğalçı ölkənin anti-Azərbaycan kampaniyasının ideoloji istiqamətləri ilə tam üst-üstə düşür. Çünki hər iki tərəf vahid mərkəzdən idarə olunur, yaxud ortaq və razılaşdırılmış maraqlara uyğun hərəkət edirlər.

Uzun illərdir xarici havadarlarının maliyyə dəstəyi ilə istənilən yola baş vurmağa, iğtişaşlar törətməyə hazır olan bu ifrat radikal dairələrin iç üzünü artıq xalq yaxşı tanıyır. Həmin radikal düşərgənin əsas «oyunçular»ının son günlərdə siyasi “fəal”lığını artırması onların xaricdən “əmr” aldıqlarını bir daha təsdiqləyir. Ölkəmizin uğurlarını həzm edə bilməyən Əli Kərimli, Altay Göyüşov, Arif Hacılı, Tural Sadıqlı, Arif Şahmarlı, Sevinc Osmanqızı, Qənimət Zahid, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi ünsürlər erməni xislətli olduqlarını açıq-aydın göstərərək utanmadan düşmən dəyirmanına su tökməklə məşğuldurlar. 30 illik işğal dövründə bircə dəfə də olsun Azərbaycanın haqqını tanımayan bu ünsürlər Ermənistana dəstək üçün sifarişli aksiyalar təşkil etdilər. İşğalçı Ermənistanın beynəlxalq təşkilatlar qarşısında irəli sürdüyü haqsız tələbləri Bakının küçələrində səsləndirdilər. Torpaqlarımız işğalda olduğu müddətdə erməni gəncləri ilə cəbhəçi gəncləri birgə layihələrə cəlb edib “xalq diplomatiyası” adı altında ölkəmizə qarşı tam bir xəyanət yolunu tutdular.  Təəssüf ki, içimizdəki anti-milli ünsürlərin xəyanəti bu gün də davam edir. İllər keçsə də, zaman dəyişsə də onların xisləti dəyişmədi ki, dəyişmədi.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Daha çox xəbərlər