Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Elm və təhsil nazirinə qarğış etmək əvəzinə…

By Vüsal Rafiqoğlu
30.08.2025 4 Min Read

Yeni təhsil ili ənənəvi problemlərlə gəlir; bəs niyə şağirdlər məktəbə qayıtmaq istəmirlər?

Gələn həftə yeni tədris ilinin başladığını göstərən sentyabr ayı başlayır. “Yeni tədris ili” və ya qısası “məktəb başlayır” deyirik, amma bu, quruluşuna görə sadə cümlədir, əslıində isə şağirdlər, valideynlər və müəllimlərlə birlikdə milyonları düşündürən, narahat edən prosesin başlamasıdır.

Sovet dövründə şağirdlər daha qayğısız idi, valideynlər isə yalnız dəftər-qələm, bir də məktəb paltarlarının yenilənməsinin qayğısına qalırdılar. İndi şağıird təkcə çiynində ağır yük aparmır, həm də onu təhsildə o qədər əlavə qayğılar gözləyir ki, məktəbin açılmasını istəmirlər. Bu təkcə, yaydan ayrılmaq istəməməyin cığallığı deyil, məktəbdə onu gözləyənlərin psixoloji gərginliyindən doğur. Sovet təhzil sistemində şağird-valideyn ortaqlığı yalnız müəllimlərin giley-güzarı olanda ortaya çıxardı. Bu uzaqlıq da yaxşı deyildi, amma indi şağird valideyn “birliyi” o qədər sıxdır ki, azyaşlı məktəbli müəllimələri ilə bağlı bağışlayın, hətta ən intim(məsələn, müəllimə niyə ərindən ayrılıb) təfərrüatını belə bilir.

Məktəb təəssüf ki, daha nümunəvi yer deyil. Ona görə ölkədə nümunəvi məktəb dedikdə ad çəkmək o qədər də asan deyil. Bəzi məktəblərin “reklamı” var, amma orada da şağirdlər və valideynlər eyni problemləri yaşayır.
Bir il ərzində ölkədə 65 məktəb bağlanıb. Ötən il elm və təhsil naziri ölkədə 4400 məktəbin təxminən 1500-də şagird sayının 100-dən az olduğunu və bu səbəbdən rasionallaşmaya (sadə dildə, bağlanmağa) ehtiyac olduğunu demişdi. Məktəbin sayının çox olması keyfiyyətli təhsil deyil, amma bağlaması da sadəıcə, iqtisadi hadisə deyil, bu ixtisarlar büdcəyə nə qazandıracaq demək çətindir. Amma həm təhsilə, həm də cəmiyyətə ziyanlı prosesdir.
Başqa bir problem məktəblə şağird arasında olan “üçüncü qüvvə” repititorluqdur. Yuxarı siniflərdə şağirdlərin məktəbləri niyə dəyişdiklərinin səbəbini zənnimcə, bilməyən yoxdur. Olur ki, şağirdin məktəbdə problemləri yaranır-ya sinif uşaqları ilə, ya da müəllimlərlə. Bu məktəbi dəyişmək üçün ciddi səbəbdir. Amma indi buraxılış siniflərində məktəbi daha çox o səbəbdən dəyişirlər ki, məktəbə az-az gəlməkləri üçün razılıq verən rəhbərlik olsun ki, həmin şağird də hazırlıqlara getsin. Ona görə nə qədər qəribə səslənsə də, şağirdləri məktəbə qaytarmaq lazımdır.

Müəllimlərlə bağlı problemlər bəllidir. Onların imtahana çəkilməsinə narazılıq edənlər çox oldu, amma bu çox vacib mərhələ idi, nazir Əmrullayev bəzilərinin qarğışına tuş gəldi, amma cəmiyyət üçün xeyirli və alqışlanası iş idi. Bu imtahanlarda üzə çıxan acı gerçıklər oldu. Mendeleyev cədvəlini bilməyən kimya müəllimi, fənnindən “2 alan” riyaziyyat müəllimi. Ən çox heyrət etdiyimi Üzeyir Hacıbəylinin hələ də yaşadığını deyən musiqi müəlliməsi oldu. Şağirdləri məktəbə təhsil almaq üçün qaytaran müəllimlər lazımdır. Bu problemin həlli deyil, yenə övladlarını əlavə hazırlıqlara yazdıranlar olacaq. Amma indiki vəziyyət elədir ki, sanki məktəb attestat almaq üçün lazımdır, əsas təhsil kənardadır. Absurd kimi səslənir, amma bu da bir acı gerçəkdir.

Builki qəbul imtahanları ilə bağlı təhlillər hələ erkəndir, amma belə anlaşılır ki, yüksək bal yığanlar yenə də “məktəbdənkənar” hazırlaşanlardır. Bəlkə də indi qəbil imtahanları çətindir, əlavə dəstəyə ehtiyac olur. Amma Azərbaycanda əlavə dəstək funksiyasını təəssüf ki, məktəb oynayır.

Saytaların birində oxudum ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbəri xaricdə təhsil alanları nəzərdə tutaraq “özünə hörmət edən universitet imtahansız tələbə qəbul etmir” deyib. Ekspertlərdən biri onu “ritorikasının kobudluğuna, məmur etikasına uyğun gəlmdiyinə görə” tənqid edib. Azərbaycanda verilən attestatların əsl dəyəri nədir, bunu demək çətindir. Amma bu yanaşmaya “Azərbaycan təhsilində keyfiyyət və məktəblərin verdiyi attestata gerçək qiymətləndirmə” prizmasından baxmaq da olar.

Yeni dərs ili ərəfəsi daha bir mühüm hadisə də var, onu bugünlərdə təhsil sahəsindən məlumatlı tanışlardan biri deyib. Onun dediyinə görə, son illər ilk dəfə bəzi məktəblərdə rus sektoruna “nedobor” var. Nə dərəcədə səhih məlumat kimi dəyərləndirmək olar, bunun rəsmi statitistikası hələ yoxdur. Ötən ilin dekabrında AZAL təyyarəsinin vurulmasından sonra iki ölkə arasında yaranmış və hələ də davam edən gərginliyin rus sektoruna da təsiri təəccüblü deyil. Yəni Bakıdakı rus sektorunun “vurulması” Putinin siyasətini dəstəkləyərək hər gün Bakıya dil uzadanların birbaşa “xidmətidir”. Yəni Azərbaycan dövləti bu siyasəti aparmayıb, aparmır da… Düzdür, rus dilini öyrənib-öyrənməməklə, hətta məktəblərdə rus sektorlarını bağlamaqla bağlı müzakirələr zaman-zaman olub, son hadisələrdən sonra da yenidən gündəmə gəlmişdi. Bu müzakirələrdə tərəflər arasında həm də ciddi bölünmə olur. Bir tərəf “rusbaş”lar kimi damğalanır, o biri tərəf isə geridəqalmış “danabaşlılar” kimi…Belə görünür ki, cəmiyyət özü bu müzakirələrə qiymətini verir, nəticə çıxarır.

Sonda. Azərbaycan məktəblərində təkcə sadaladığım problemlər deyil, ən əsası vətəndaş yetişdirmək problemi var. Bu problemlər aradan qalxmadan hansı dildə təhsil almasından asılı olmayaraq, nə yaxşı vətəndaşlar, nə də gələcəkdə keyfiyyətli kadrlar olacaq…

Nazim SABİROĞLU
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Məşhur klub hücumçunu “Qarabağ”a buraxmağa hazırdır – Bir şərtlə

Next

Sentyabrın hava proqnozu açıqlandı: İSTİLƏR QAYIDIR

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv