Cəmiyyət 

“Bayağı musiqilərin yayılmasına səbəb musiqiçilər yox, cəmiyyətdir”- Aydın Xan Əbilov

Artıq neçə ildir ki, cəmiyyətimizi “bayağı mahnılar” problemi narahat edir. Bu barədə müzakirələr şəxsi söhbətlər səviyyəsindən tutmuş mətbuatın bütün növlərinə – qəzetlər, televiziyalar, radiolar və nəhayət sosial şəbəkələrə qədər geniş bir müstəvidə davam etməkdədir. Doğrudanmı bayağı musiqi göründüyü qədər böyük problemdir? Ümumiyyətlə, bayağı musiqi problemdirmi? Problemdirsə, həlli varmı? Varsa, nədir?

Mövzu ilə bağlı BiG.AZ-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana portalının rəhbəri, prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, musiqi mədəniyyəti ümumiyyətlə incəsənət çox böyük sahələri əhatə edir. Bir sahəni digəri ilə müqaisə etmək olmaz. Hər bir musiqi janrının, hər bir incəsənət növünün özünün yaradanları, dinləyiciləri və həvəskarları vardır. Biz bütövlükdə götürəndə bu həqiqəti dərk etməliyik ki, hər kəs estetik zövqünə görə musiqinin qollarına dəyər verir:

"Bayağı musiqilərin yayılmasına səbəb musiqiçilər yox, cəmiyyətdir"- Aydın Xan Əbilov“Tutalım bizim xalq musiqi növlərimizə, şərqilərimizə baxanda onlardan fəlsəfi mövzular gözləyə bilmərik. Vaxtı ilə Müslüm Maqamayevin, Üzeyir Hacıbəyovun, Xan Şuşinskinin tənqid etdiyi bir tendensiya vardı. Bu tendensiyanın sovet ideologiyasından qaynaqlandığını deməliyəm. Biz 80-ci illərdə çadırlarda yazılan mahnılara bayağı deyə bilərik. Lakin həmin dövrü gözlərimizin qarşısına gətirdikdə televiziyada Avropa və Rusiya bəstəkarlıq musiqiləri səslənirdi. Caz və digər akademik musiqi janrlarından mahnılar oxunurdu. Lakin bizim saf ana dilimizdə, musiqimizə aid olan mahnılar, şərqilər səslənəndə “bayağıdır” deyilirdi. Bu düşüncə tərzi əlbəttə ki, yanlışdır.
Xalq artisti və yaxud tanınmış sənətçi el havaları, yüngül, əyləncəli musiqilər oxumamalıdır. Toyda pul qazanmaq üçün qeyri-akademik musiqilərdən istifadə etməməlidir. Yaradıcılığın müəyyən bir mərhələsində özünü inkişaf etdirməli, daha akademik, ciddi, insanların estetik zövqünü qaldıra biləcək əsərlərə müraciət etməlidir.

Bəs gəlin görək həmin əsərlərin Azərbaycanın musiqi bazarında yeri varmı? Musiqi əsərinin dinlənilməsi üçün müğənni əvvəl bəstəkarla, sonra şairlə, fanaqramçılarla , yazılan əsəri redakdə edən musiqişünaslarla danışmalıdır. Adi bir musiqiyə külli miqdarda pul xərclənir. Əvvəllər mahnılar üçün dövlət tərəfindən pul verilirdi. Bu gün isə o dövr deyil. Musiqi qarşılığında heç bir ödəniş edilmir. Toylarda belə musiqilər demək olar ki, dinlənilmir. Akademik musiqilərə tələbat yoxdur. Deməli burada problem müğənnilərdən çox dinləyicilərdə və cəmiyyətdədir. Biz cəmiyyətimizin, insanlarımızın estetik zövqünü məktəbdən formalaşdırmağa başlamalıyıq”.

Daha çox xəbərlər