Cəmiyyət 

Boşanma zamanı cehiz qadına qaytarılmasa, hansı hüquqi addımlar atılmalıdır?

Bəzən boşanma və ya ailə münaqişəsi zamanı cehizlər qadına verilmir.

Bəs bu hal qanunla necə tənzimlənir?

Mövzu ilə bağlı BiG.AZ-a danışan vəkil Turan Abdullazadə bildirib ki, qıza toy ərəfəsində “oğlan evi” tərəfindən hədiyyə edilmiş qızıl-zinyət əşyaları, qıza valideynləri tərəfindən alınmış cehiz əşyaları boşanma zamanı qızın mülkiyyətində qalmalıdır. Qızıl-zinyət əşyalarının və cehiz əmlakın mövcudluğunu sübut etmək iddia qaldıran tərəfin-yəni qadının üzərinə düşür. Sübutlar videoyazı, fotoşəkillər (məsələn, toy şəkilləri və gəlin köçdüyü mənzildə mebellərin şəkilləri), cehiz əmlakın alınmasına dair çeklər, qızıl-zinyət əşyalarının birkaları, şahid ifadələri, Whatsapp yazışmaları və sair formada ola bilər. Qadın bununla əlaqədar ərə qarşı iddia qaldırmaq istəyirsə onun rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etməlidir:

Boşanma zamanı cehiz qadına qaytarılmasa, hansı hüquqi addımlar atılmalıdır?“Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Bu nə deməkdir ? Bu o deməkdir ki, qıza toy ərəfəsində “oğlan evi” tərəfindən hədiyyə edilmiş qızıl-zinyət əşyaları, qıza valideynləri tərəfindən alınmış cehiz əşyaları boşanma zamanı qızın mülkiyyətində qalmalıdır. Əgər ər qızıl zinyət əşyalarını, cehiz əmlakları qaytarmaqdan imtina edirsə arvad ərə qarşı əmlak tələbinə dair mülki iddia qaldıraraq ona verilməli olanları tələb edə bilər. Cehiz əşyaları ər tərəfindən zədələndikdə, məhv edildikdə, yəni naturada geri qaytarılması mümkün olmadıqda arvad onların pul məbləğində dəyərini tələb edə bilər. Bu zaman cehiz əmlakların aşınma (amortizasiya) məsələsi də nəzərə alınaraq cehiz əmlaklarının dəyəri müəyyən olunur. Qızıl-zinyət əşyalarının, cehiz əmlakın dəyəri barədə tərəflər arasında mübahisə olarsa, məhkəmə əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin edərək onların real bazar dəyərini müəyyən edə bilər. Qızıl-zinyət əşyalarının və cehiz əmlakın mövcudluğunu sübut etmək iddia qaldıran tərəfin-yəni qadının üzərinə düşür. Sübutlar videoyazı, fotoşəkillər (məsələn, toy şəkilləri və gəlin köçdüyü mənzildə mebellərin şəkilləri), cehiz əmlakın alınmasına dair çeklər, qızıl-zinyət əşyalarının birkaları, şahid ifadələri, Whatsapp yazışmaları və sair formada ola bilər. Qadın bununla əlaqədar ərə qarşı iddia qaldırmaq istəyirsə onun rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etməlidir”.

Daha çox xəbərlər