Avtoyuma məntəqəsində faciə: 23 yaşlı işçini tok vurdu
Abşeron rayonunda avtomobil yuyan şəxsi elektrik cərəyanı vurub.
Hadisə rayonun Masazır qəsəbəsində, “Əlincə” Futbol klubunun qarşısındakı avtoyuma məntəqəsində baş verib.
ARANTV.AZ lent.az-a istinadən xəbər verir ki, Avtoyuma məntəqəsində işləyən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Aqapov Vadim Viktoroviç “Zil” markalı yük avtomobilini yuyarkən açıq elektrik xəttinə toxunub. Nəticədə o, yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

