58 yaşlı kişi küçədə öldü – SƏBƏB
Bakıda küçədən meyit tapılıb.
ARANTV.AZ APA -ya istinadən xəbər verir ki, Qaradağ rayonu ərazisində kimliyi bilinməyən kişi cəsədi aşkar edilib. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində meyitin 58 yaşlı Yusifov Aydın David oğluna məxsus olduğu bilinib.
Meyitin ilkin müayinəsi zamanı A.Yusifovun ürəktutmasından öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.

