Zəfər günü ilə əlaqədar şəhid ailələri, qazi və veteranlarla görüş keçirilib
07.11.2024-cü il tarixdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov zəfər günü ilə əlaqədar xəstəxanada fəaliyyət göstərən şəhid ailələri və 44 günlük vətən müharibəsində iştirak etmiş qazi və veteranlarla görüş keçirib.
Görüş zamanı Vüsal Məmmədov ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbədə, zəfərdə payı olan Bərdənin qəhrəman oğulları ilə bu gün hər kəsin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu, onlarla qürur duyduğumuzu qeyd edib. Nə qədər dünya var, Azərbaycan xalqı var şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi yaşayacağını dilə gətirib. Vüsal Məmmədov şəhid ailələrinə, müharibə əlillərinə, onların ailələrinə göstərilən dövlət qayğısının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.