UEFA Konfrans Liqasının Liqa mərhələsi: Ermənistan klubu darmadağın olub
UEFA Konfrans Liqasının Liqa mərhələsində bu gün III turun oyunları keçirilib.
“Report”un məlumatına görə, İtaliyanın “Fiorentina” klubu səfərdə APOEL-in (Kipr) qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesabı ilə qələbəsi ilə başa çatıb.
Türkiyənin “Başakşəhər” komandası Danimarkada “Kopenhagen”lə üz-üzə gəlib. Oyunda qalib müəyyənləşməyib – 2:2. İspaniya təmsilçisi “Betis” isə doğma meydanda Sloveniya “Seyle”si ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Konfrans Liqası
Liqa mərhələsi
III tur
7 noyabr
18:30. “Vikinqur” (İslandiya) – “Borats” (Bosniya və Herseqovina) 2-0
21:45. “Gent” (Belçika) – “Omoniya” (Kipr) 1-0
21:45. “Legiya” (Polşa) – “Dinamo” (Minsk, Belarus) 4-0
21:45. HJK (Finlandiya) – “Olimpiya” (Sloveniya) 0-2
21:45. “Şemrok Rovers” (İrlandiya) – TNS (Uels) 2-1
21:45. “Petrokub” (Moldova) – “Rapid” (Avstriya) 0-3
21:45. TSK (Serbiya) – “Luqano” (İsveçrə) 4-1
21:45. Pafos (Kipr) – “Astana” (Qazaxıstan) 1-0
00:00. “Çelsi” (İngiltərə) – Noa (Ermənistan) 8-0
00:00. “Kopenhagen” (Danimarka) – “Başakşəhər” (Türkiyə) 2 – 2
00:00. LASK (Avstriya) – “Serkl Brügge” (Belçika) 0-0
00:00. “Betis” (İspaniya) – “Seyle” (Sloveniya) 2-1
00:00. “Yurqorden” (İsveç) – “Panatinaikos” (Yunanıstan) 2-1
00:00. APOEL (Kipr) – “Fiorentina” (İtaliya) 2-1
00:00. “Vitoriya” (Portuqaliya) – “Mlada Boleslav” (Çexiya) 2-1
00:00. “Harts” (Şotlandiya) – “Haydenhaym” (Almaniya) 0-2
00:00. “Yagelloniya” (Polşa) – “Molde” (Norveç) 3-0
00:00. “Larne” (Şimali İrlandiya) – “Sankt-Qallen” (İsveçrə) 1-2
Qeyd edək ki, Konfrans Liqasında IV tura noyabrın 27-də start veriləcək.