Əsas səhifə 

Türk Dünyası ölkələri arasında əməkdaşlıqda yeni mərhələ

Qırğızıstanın paytaxtı Bişkek şəhərində 06 noyabr 2024-cü il tarixində Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirildi.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə iştirak etmək üçün Prezident Administrasiyasına  gəldi.Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi ,digər dövlət və hökumət başçılarını qarşıladı.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Zirvə görüşünün işinə uğurlar arzuladı.S.Japarov çıxışında yaxın günlərdə Azərbaycanda keçiriləcək COP 29 konfransına diqqət çəkərək dedi:”Tezliklə Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın Tərəflər Konfransının 29-cu sessiyası-COP 29 keçiriləcək.Hörmətli Azərbaycan Prezidenti belə böyük Zirvə toplantısına ev sahibliyi edəcək və biz Azərbaycan hökumətinə bu mövzu ilə bağlı hər cür dəstək göstərməyə hazırıq”.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının türk xalqlarını daha da yaxınlaşdırdığını bildirdi.Ksım-Jomart Tokayev ortaq türk əlifbasının yaradılması,iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini vurğuladı.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi.  Dövlətimizin Başçısı çıxışında bu ilin Türk Dövlətlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümü olduğunu, təşkilatın bu dövr ərzində uğurlu inkişaf yolu keçdiyini və iyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdiyini bildirdi. Cənab Prezident  İlham Əliyev çıxışında  demişdir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyulan hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın da Türk Dövlətləri

Təşkilatının  Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcəyinə ümid etdiyini bildirdi.

Dövlətimizin Başçısı çıxışında vurğuladı ki, ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi.Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv edib. İşğaldan azad olunmuş ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər. Sonra cənab Prezident İlham Əliyev Özbəkistan, Qazaxıstan, Qırğızıstan və  Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə  təşəkkürünü bildirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yaxın günlərdə Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyini, keçən ilin dekabrında 200-ə yaxın ölkənin Azərbaycanın namizədliyini yekdilliklə dəstəklədiyini bildirdi. Bunun da beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürü olduğunu qeyd etdi.

Sona Bayramova,
YAP Xətai rayon təşkilatının  “Araz Novruzov 31” ünvanı üzrə ərazi partiya təşkilatının üzvu

Daha çox xəbərlər