“Bundan sonra ya mərsiyə oxumaqdan əl çək, ya da…”
Bir nəfər böyük alimlərdən birinin yanına gedib, gördüyü yuxunu yozmasını xahiş edir. Həmin adam yuxuda görübmüş ki, dişləri ilə İmam Hüseynin (ə) ətini didib çeynəyir.
Alim tanımadığı bu adamın sözünü dinləyib azca fikirləşir, sonra soruşur: “Sən yəqin ki, mərsiyə oxuyansan”.
Kişi təsdiq edir. Onda alim deyir: “Yuxuda İmam Hüseynin (ə) ətini çeynəməyinin yozumu – onun barəsində təhriflərlə dolu mərsiyələr oxumağındır. Allah sənə mərhəmət göstərib, bu yuxu ilə xəbərdarlıq edir. Bundan sonra ya mərsiyə oxumaqdan əl çək, ya da yalnız etibarlı tarix kitablarına müraciət et!”
(Şəhid Mürtəza Mütəhhəri)
