Şou biznes 

“Övladlarım məni çox az görürlər” – EminVİDEO

Xalq artisti Emin Ağalarov övladları ilə bağlı paylaşım edib.

Müğənni qızı Əminə, əkizləri Mikayıl və Əli ilə birgə görüntülərini sosial media hesabında izləyiciləri ilə bölüşüb.

“Ən çox sevdiyimi vaxt istirahətdə olduğum andır. Onda məndə imkan yaranır ki, övladlarımı bir yerə toplayım və onlarla vaxt keçirim. Onlarla keçirdiyim vaxt çox qiymətlidir. Çünki onlar məni çox az görürlər. Adətən onlarla sərbəst vaxt keçirmək alınmır. Çimərlikdə uzanmaq, uşaqlarla dənizdə çimmək böyük xoşbəxtlikdir. Belə bir zamana malik olmaq dəyərlidir. Ən qiymətli zaman uşaqlarla keçirilən vaxtdır” deyə, Emin bildirib. (Axşam.az)

Daha çox xəbərlər