Hadisə 

“Nargilə” kafesi yaxınlığında avtobus qəzası: 2 yaralı

Bakının Xətai rayonunda – “Nargilə” kafesinin yaxınlığında avtobusla minik avtomobili toqquşub.

ARANTV.AZ xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə gələn təcili tibbi yardım avtomobili müxtəlif dərəcəli bədən xəsarətləri olan iki qadın götürüb:

“Həkimin verdiyi məlimata görə, toqquşma nəticəsində qadınlardan birinin ayağı travmatik amputasiya olunub. Ağır vəziyyətdə olan yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Yaralılar barədə yeni məlumat daxil olduqda əlavə məlumat veriləcək”.

Daha çox xəbərlər