Çində mebel sexində yanğın: 3 ölü, 3 yaralı
Çinin cənubunda, Dunquan şəhərində mebel sexlərindən birndə yanğın olub.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, yanğın nəticəsində 3 nəfər ölüb, daha 3 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.
Yanğın başlayandan dərhal sonra hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər yanğının qarşısını yalnız 4 saatdan sonra ala biliblər.
Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Polis faktı araşdırır.

