Şou biznes 

Nəfəs ailə quracağını açıqladı: “Sevgilimlə it-pişik kimiyik” – VİDEO

Müğənni Nəfəs “Rəngarəng” verilişində ailə quracağının müjdəsini verib.

Nəfəs efirdə yenidən ərə gedəcəyi barədə açıqlama verib. Aralarında qısqanclıqlar olduğunu deyən müğənni sevgilisi ilə “it-pişik” kimi yola getdiyini etiraf edib. O, aparıcı Zaur Nəbioğlunu toyuna da dəvət edib.

Sevdiyi insanın ona sahiblənməsindən təsirlənən Nəfəs toy mövzusunda suala “Niyə də yox?!”, – deyə cavab verib.

(milli.az)

Daha çox xəbərlər