“Ermənistan Azərbaycana təzminat ödəmək məcburiyyətində qala bilər” – Politoloq
Azərbaycan 2024-cü il noyabrın 19-da Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsinə (Haaqada yerləşən) Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatlarını əks etdirən əsas iddia sənədini təqdim edib.
Bəs Haaqa məhkəməsi iddianı haqlı saysa Ermənistanı nə kimi cəza gözləyir?
Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov bildirib ki, Azərbaycanın hüquqi iddiasının Arbitraj məhkəməsi tərəfindən qəbulu və iddianın təmin edilməsi ilə bağlı qəbul edə biləcəyi qərar Ermənistanı Azərbaycana aidiyyəti şübhə doğurmayan enerji resurslarından istifadə,habelə bu resurslara dəymiş ziyan və ən nəhayət iddiaçı tərəfin məlum illər ərzində bəlli resurslardan yararlana bilməməsinə görə itirilmış mənfəətə görə Ermənistan təzminat ödəmək məcburiyyətində qala bilər:
“Beynəlxalq Haaqa Arbitraj məhkəməsi dövlətlərarası mübahisələrin,öhdəliklərin həlli və nizamı məqsədi ilə təşkil edilmiş qurumdur. Ənənvi məhkəmə sayılmır,BMT Baş Məclisinin muşahidəçisi ranqında çıxış edir,lakin arbitraj məhkəmələrində vaxt və səmərəllilk ənənəvi məhkəmələrlə müqayisədə daha effektli təsir imkanlarına malik olur. Nyu-York Beynəlxalq icraat məhkəməsinə 172 dövlətin qoşulduğu nəzərə alınarsa, Azərbaycanın hüquqi iddiasının Arbitraj məhkəməsi tərəfindən qəbulu və iddianın təmin edilməsi ilə bağlı qəbul edə biləcəyi qərar Ermənistanı Azərbaycana aidiyyəti şübhə doğurmayan enerji resurslarından istifadə,habelə bu resurslara dəymiş ziyan və ən nəhayət iddiaçı tərəfin məlum illər ərzində bəlli resurslardan yararlana bilməməsinə görə itirilmış mənfəətə görə Ermənistan təzminat ödəmək məcburiyyətində qala bilər.Təzminatın məbləğinin pulla ödənilməsi ilə əlaqədar problem yaşanarsa, Ermənistan razılaşdırılmış müddətə öz ərazisinin müəyyən bir hissəsini Azərbaycana icarəyə vermək barədə qərarın qəbul edilməsi zərurəti qarşısında qoyula bilər”.