“Sənəti qoyaq kənara, bədən görüntümüzlə pul qazanaq”
“İndi bir çox müğənnilərdə ifadan və sənətdən başqa həqiqətən hər şer var” .
Bu sözləri əməkdar artist Almaz Orucova “Zaurla Günaydın” verilişində deyib.
Əməkdar artist həmkarlarını sənətlərini deyil geyim və bədən quruluşlarını nümayiş etməkdə günahlandırıb:
“İndi bir çox müğənnilərdə ifadan və sənətdən başqa həqiqətən hər şer var. Bəzən bizə deyirlər ki, ifanı nə edirsiniz, geyiminizə, ona, buna baxın bu qədər. Cavab veririk ki, biz onu edə bilmərik. Bizim ailə və aldığımız sənət tərbiyəmizdə elə bir şey yoxdur ki, sənəti qoyaq kənarı geyimimiz və ya bədən görüntümüzlə pul qazanaq. Xeyr, biz bunu edə bilmərik. Heç etməyəcəyik də… Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik”./Milli.Az