Ermənistanda neytrallıq statusu referendumu
İrəvan KTMT-dən çıxmalı, Gümrüdəki hərbi baza da bağlanmalıdır, amma bu addımları hansısa hərbi bloka “peşka”lıq etmək üçün atarlarsa, bu böyük qanmazlıqdır…
Ermənistanın baş naziri Nikol Paşinyan iki həqiqəti anlamaqda ya çətinlik çəkir, ya da özünü qanmazlığa qoyur. Birincisi, o mənsub olduğu xalqın nə mal olduğunu yaxşı bilsə də, özünü elə aparır ki, guya ermənilər Qafqazda kafa etibarilə çox fərqlidirlər, yüksək mədəniyyət və əxlaq daşıyıcılarıdırlar, demokratik cəmiyyətdə yaşamaq istəyi babalarının genetikalarından gəlir və sairə. Əlbəttə, hər ölkənin lideri dövləti üçün çalışmalıdır, xalqı haqda da yüksək fikirdə olmlıdır. Amma söhbət ermənidən gedirsə, yüksək dəyərlər ifadəsi artıqdır, çünki bu millətin əskikləri çoxdur.
Paşinyan həmişə erməni cəmiyyətinin içində olub, hətta həbsə də düşüb, 2018-ci ildən də hakimyyətdədir. Bu müddətdə baş verən hadisələr, 44 günlük müharibə Paşinyana erməni xalqını bir daha yaxından tanımaq imkanı verib. Paşinyan isə o gerçəkləri görmək əvəzinə, Ermənistanı məsələn, Avropa İttifaqına qoşmaq kimi mənasız işin arxasına düşüb. Ermənistanın iqtisadi potensialı bir kənara, ermənilərin o ittifaqda nə işləri ola bilər? Aİ-ni qətiyyən ideallaşdırmırıq, bu təşkilat xüsusilə Brtianiyanın “Brexsit”indən və son illərki siyasətindən sonra özünü çox yıpradıb, bütün dəyərləri gözdən salıb. Bu ittifaq məkanda insan haqları az qala “kişiliyi gözdən salmaq” statusu qazanıb, iqtisadi geriləmə sürətlənib, sosial bərabərsizlik, milli zəmində ayrı-seçkilik artıb. Türkiyə kimi dövləti 50 ildir qapı arxasında saxlayırlar ki, bu da milli ayrı-seçkiliyinin başqa bir təzahürüdür. Ermənistan Ukrayna, Moldova, Gürcüstan və Belarus üçün düşünülmüş “Şərq Tərəfdaşlığı tələsi”ndə çox vurnuxdu, Qarabağ problemini hətta bu əməkdaşlıqdan yararlanaraq öz xeyrinə həllinə cəhd etdi. Bu əməkdaşlığa cəlb edilən heç bir ölkə hələ də Aİ-nin üzvü deyil, hələ də bu məsələ dartışma və gərginlik mövzusudur. Paşinyan bunları əlbəttə ki, bilir. Amma erməni həyasızlığı burda da özünü göstərir. Özlərini Avropa ailəsinə üzvlüyü haqq edən ölkə və millət kimi gostərməyə çalışırlar. Vaxtilə Amerikada, Avropaya köç edən ermənilərə baxmayın, onların da bəziləri “Böyük Ermənistan” kimi xəstə ideyanın arxasına düşsələr də, bir çoxu cəmiyyətə inteqrasiya edə bilib. 30 il Azərbaycanın ərazilərini işğal altında saxlayan, bütün mədəni-tarixi abidələrini dağıdan, üstəlik hələ də revanşist hislərlə yaşayan ermənin Avropa İttifaqında nə işi ola bilər?
Məlumata görə, Paşinyan Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirilməsi təşəbbüsünü dəstəkləyib.
Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyan bildirib ki, referendum layihəsinin müzakirəsi üçün imzatoplama kampaniyası yekunlaşıb və yaxın günlərdə sənəd parlamentə təqdim olunacaq. Layihə qanunverici orqanın dəstəyini qazana bilməsə, kampaniya yenidən keçiriləcək və 300 min imza toplamaq mümkün olsa, ümumxalq səsverməsi qanunverici orqanın qərarı olmadan da baş tuta bilər.
Bu həmin Xzmalyandır ki, bugünlərdə “Krımın müvəqqəti ilhaqı müqabilində Ukraynanın NATO və Aİ-yə üzvlük” sxemi Qarabağla bağlı da tətbiq edilə bilər” kimi sərsəm açıqlama vermişdi. Deməli, Aİ-yə üzvlük arzusunun arxasında da erməni hiyləsi və məkri dayınır.
Paşinyanın görmək istəmədiyi ikinci gerçək Ermənistan dövlətinin yanlış kurs götürməsi ilə bağlıdır. Rusiyanın himayəçiliyinindən imtina etmək öz seçimləridir, yüz illərlə Qafqazda Rusiyanın jandarmı rolunu oynayan, hər cür şeytanlığa təhrik edilən Ermənistan, indi Rusiyanın təbəəliyindən çıxmaq istəməsi anlaşılandır. Amma Paşinyanın Ermənistanın bir dövlət kimi gələcəkdə Fransa daxil bir neçə ölkənin də əlaltısına çevirmək istəyi dövlətin süqutu ilə nəticələnə bilər. Ermənistan indi də onların ağıllarına uyub Qafqazda yenə də sifarişlər yerinə yetirmək istəkləri, onları birdəfəlik məhv edə bilər. İrəvan Qərbin hərbi-siyasi “müşahidəçi”lərini Ermənistan sərhədinə gətirir və üstəlik, gizlətmir ki, Rusiyanın qoltuğundan çıxmaq üçün Qərbdən ona təzyiq edirlər. Ermənistan o qədər xırda və Qafqazda çox da strateji mövqeyi olmayan ölkədir ki, onun üstündən xətt çəkə bilərlər. Ermənilərin siyasi mənada istifadəsi davam edə bilər, amma dövlət kimi məhvi mümkündür. Paşinyan düz edir- Ermənistan KTMT-dən çıxmalıdır.Gümrüdəki hərbi bazanın mövcudluq müddəti 2044-cü ildə başa çatacaq. Rusiya qoşunlarını da bundan daha tez Gümrüdən çıxarmaq olsa, lap yaxşı. Amma bu addımları gedib hansısa hərbi bloka “peşka”lıq etmək üçün atırlarsa, bu böyük qanmazlıqdır. Ermənistanın NATO üzvlüyü Aİ kimi bir arzudur. Lap tutaq ki, NATO-da üzvlüklə bağlı qərarlar konsensus yolu ilə verilmir, yəni Türkiyə Ermənistanın bu arzusunu əngəlləmədir. Bəs, sonra? Sonrası da suallar… Ona görə Ermənistanın bir yolu qalır-tərəfsizliyini, neytrallıını elan etməlidir. Bu, Ermənistan düşdüyü vəziyyətdən yeganə çıxış yolu kimi görünür.
Ermənistanın təkcə Azərbaycanla deyil, Türkiyə, indi isə Rusiya ilə ciddi problemləri var, İranla da olacaq, Gürcüstanla da. Paşinyan ləngimədən bu iki problemi həll etmək üçün ciddi addım ata, yeni konstitusiya ilə Bakı və Ankara ilə problemləri aradan qaldıra bilər. Rusiya və İranın təzyiqlərindən qorunmaq üçün iki yox, 12 stulda otursan da, günlərin birində ilişəsən… Ona görə beyməlxalq qarantiya olmaq şərti ilə Ermınistan neytral ölkə statusu almaq yolunda fəaliyyətə başlamalıdır. Bütün bunlar Ermənistanın yeni konstitusiyasında öz əksini tapmaqla ölkənin xarici siyasətinin proqnozlaşdırıla bilən fundament rolunu oynaya bilər.Heç olmasa bundan sonra Ermənistan dövləti müstəqil yaşamaın dadını bəlkə çıxara bilər. Digər yollar Ermənistanı gec-tez “əjdahalar”ın qəzəbinə gətirə bilər, o sırada Azərbaycan da var…