“Bəzi kişilər ondan ayrılan xanımının başqa kişi ilə münasibətə başlamasını qəbul edə bilmir”
“Bəzi kişilər onları sevməyən xanımlardan vaz keçə bilmirlər”.
Bunu psixoloq Nabat Mirzəyeva açıqlamasında deyib.
O bildirib ki, bu sevginin 2 növü var:
“Biri illərlə mübarizə verilmiş sevgidən sonra kişi xanımının sevgisizliyinə davam gətirə bilməməsidir. Digəri isə kişinin ona qarşı heç bir sevgi hiss etməyən qadına çox bağlanmasıdır. Bunlar tamamilə fərqli faktorlardır. Əslində, sevgi olmadan verilən mübarizə qarşılıqsız sevgi sayılır”.
Ekspert kişilərin onları sevməyən qadınlardan vaz keçə bilməmələrinin səbəblərindən söz açıb:
“Bu, əsasən uşaqlıqdan qaynaqlanır. Bəzi bəylər uşaqlıqda valideynləri tərəfindən tam sevgi görmürlər. Nəticədə, həmin uşaqlar valideynləri tərəfindən sevilmək üçün mübarizə aparırlar.
Ona görə böyüdükdə də belə travma yaşadığı üçün kişi ondan ayrılmaq istəyən xanımdan ayrılmağa müsbət yanaşmır. Hətta həmin qadın tərəfindən sevilməsi belə ondan vaz keçə bilmir”.
Həmsöhbətimiz qeyd edib ki, bəzən də kişilər xanımların onlardan ayrılmasını qəbul edə bilmirlər:
“Bu isə ona şüuraltı olaraq uşaqlıqda yaşadıqlarını xatırladır. O, inad, qəzəb, qürur, kin və nifrət kimi müxtəlif səbəblərdən dolayı həmin xanıma doğru yenidən addımlamağa başlayır. Bundan başqa, belə bəylər həmin xanımların başqa kişi ilə münasibətə başlamasını da qəbul edə bilmirlər. Yəni bəy qarşılıqsız sevgi uğurunda mübarizə aparır”.
Nabat Mirzəyeva diqqətə çatdırıb ki, bəzən isə əksər kişilər xanımla çox yaxşı ünsiyyət yaşasalar da, öz səhvlərinə görə ayrılırlar:
“Bəy etdiyinə peşman olduğu üçün xanım uğrunda mübarizə aparmağa başlayır. Lakin kişi qarşı tərəfin onu sevməməsinə rəğmən mübarizəyə davam etməsi də problemdir.
Ümumiyyətlə, insanların yaşadığı duyğuları unutmamaları normaldır. Lakin ona taxıntılı şəkildə bağlanması psixoloji problemdir. Gücümüz yetən qədər bizi sevməyən qadın və ya kişi üçün uğrunda mübarizə aparmağımız doğru deyil, hər nə qədər sevdiyimizi düşünsək belə”./hit.az