Dünya 

Çavuşoğlundan F35 açıqlaması

Türkiyənin Serbiyada səfərdə olan Xarici İşlər naziri Mövlud Çavuşoğlu Serbiya Xarici İşlər naziri Ivica Dacic ilə Serbiyanın Antalya Fəxri Konsulluğunun rəsmi açılışını etdikdən sonra birgə mətbuat konfransı keçirildi.

ARANTV.AZ  bildirir ki, Çavuşoğlu mətbuat konfransında Münbiçdəki prosesdən bəhs edərək deyib: “Bu günə bu prosdə ayrı-ayrılıqda nəzarət fəaliyyətləri, təlimlər həyata keçirildi. Bunlar edilərkən də həm Münbiçin təhlükəsizliyini təmin edəcək şəxslərin yerli xalqdan olması, həm də bu regionu idarə edəcək şəxslərin müəyyənləşdirilməsi məsələsində birgə çalışılması nəzərdə tutuldu”.

Çavuşoğlu Münbiçdə birgə nəzarət fəaliyyətlərinin olacağını qeyd etdi.

F-35 mövzusuna da toxunan Çavuşoğlu bunları söylədi: “F-35 məsələsində bilirsiniz ki, hakimiyyət konqresə 90 gün ərzində hesabat yazacaq. İlk təyyarələr təhvil verilib. Bu prosesə heç bir məhdudiyyət gətirmir, bunların öz daxili prosedurudur. Digər məsələlərdə olduğu kimi,  F-35 məsələsində də biz onların tərəfdaşıyıq. Yəni bu, “mən istədim, olmadı”,  və ya “Türkiyə çıxsın” kimi bir tərəfin ləğv edə biləcəyi  bir proses deyil”.

milli.az

Daha çox xəbərlər