Maraqlı 

Podiuma baş manken olaraq çıxdı- Fotolar

Azərbaycanlı dizayner Rüfət İsmayıl Nyu-York Moda Həftəsi çərçivəsində “Xarı bülbül çiçəyi” adlı yeni kolleksiyasını təqdim edib. .ARANTV.AZ xəbər verir ki, qeyd olunan moda həftəsi ərzində dünya şöhrətli dizaynerlərin kolleksiyaları “Spring Studio” və Nyu-Yorkun digər moda məkanlarında nümayiş etdirilir. Podiumun əsas modeli isə Günay Musayeva olub. Xatırladaq ki, bu, Rüfət İsmayılın Nyu Yorkdakı 3-cü moda nümayişidir. Onun kolleksiyaları moda dünyasının İtaliya, Dubay, İran, Beyrut moda həftələri kimi sanballı podiumlarında nümayiş etdirilib. Azərbaycanlı dizaynerin kolleksiyası dünya moda sənayesinin ən mötəbər məkanında – “Pitti Uomo” sərgisində də təqdim olunub. “Fashion TV” kanalı onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri adlandırıb.

Daha çox xəbərlər