Mehriban Əliyeva Aktau yaxınlığında təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzası nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.
Musavat.com-un məlumatına görə, Mehriban Əliyeva bununla bağlı rəsmi sosial şəbəkəsində paylaşım edib.
Paylaşımda deyilir:
“Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”.