Cəmiyyət 

Qaz limiti ilə BAĞLI ÇAĞIRIŞ – Ləğv edilir?

Deputatlar əsgərlik yaşının aşağı salınması barədə qanun layihəsini son oxunuşda təsdiqlədilər

Dekabrın 27-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin sədri Sahibə Qafarova giriş nitqində Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı danışdı.

Spiker dəhşətli hadisə barədə bunları söylədi: “Hörmətli həmkarlar! Bildiyiniz kimi, ”Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan sərnişin təyyarəsi dekabrın 25-də Bakı – Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəli şəkildə qəzaya uğramışdır. Nəticədə çoxsaylı insan tələfatı və xəsarət alanlar var. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sərəncamı ilə dünən (srağagün-red.) ölkə ərazisində matəm elan edilmişdir”.

S.Qafarova həmçinin qeyd edib ki, dövlət başçısının sərəncamı ilə qəzanın səbəblərini araşdırmaq üçün Dövlət komissiyası yaradılıb: “Möhtərəm cənab Prezidentin tapşırığına əsasən komissiya baş vermiş faciəli hadisəni hərtərəfli araşdırıb qəzanın səbəblərini dəqiq müəyyən edəcək və ictimaiyyətə məlumat verəcəkdir. Biz təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını arzulayırıq”.

Söyüdlü (Zod) qızıl yatağı ilə bağlı qərar ABC.AZ

Gündəlikdəki müzakirələrin müzakirəsi zamanı ilk öncə “Söyüdlü” (Zod) qızıl yatağının bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in həyata keçirilməsinə icazə qaydaları təsdiqləndi. Layihə barədə məlumat verilərkən bildirildi ki, saziş 2024-cü il dekabrın 10-da Bakı şəhərində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə “Asian Mining Holding FZ” LLC və AzerGold-un Ortaq Şirkəti arasında imzalanıb. Sənəddə qeyd edilib ki, qanun qüvvəyə mindikdən sonra Saziş və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Layihəyə əsasən, qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində işlər aparmaq üçün müstəsna hüquq verilir.

Sənəddə vurğulanıb ki, sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.

Qanun layihəsi müzakirələrdən sonra qəbul edildi.

“Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi də üçüncü oxunuşda təsdiqləndi. Komitə sədri Səməd Seyidov layihəni yüksək dəyərləndirdi. dil” Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda qəbul edildi. Deputatlar layihənin geniş müzakirəsini təşkil etdiyi üçün spikerə təşəkkür etdilər. Xarici İşlər nazirinin müavini Elnur Məmmədli çıxışında əvvəlcə baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığını çatdırdı. Ardınca qanun layihəsinin qəbuluna görə parlamentə təşəkkürünü bildirdi və Yeni İl münasibətilə deputatları təbrik etdil.

Azərbaycanda parlament buraxılır - SON DƏQİQƏ! | Baku.ws Xəbər saytı - Son  xəbərlər və Hadisələr

İclasda “Qaz təchizatı haqqında” qanun layihəsinə təklif olunan dəyişikliklər müzakirə edildi. Komitə sədri Siyavuş Novruzov çıxışında dövlətin Naxçıvan Muxtar Respublikasına dəstəyindən bəhs edib və ölkə başçısına təşəkkürünü bildirdi. Eyni zamanda o, Naxçıvan əhalisini qayğılandıran məsələdən də danışdı: “Hesab edirəm ki, Naxçıvan Muxtar Respublikası, dağətəyi və dağlıq rayonlara yanaşma Aran və Mil-Muğan zonalarında fərqli olmalıdır. Bu rayonlarda qışın müddəti uzundur. Bəzən şaxtanın dərəcəsi mənfi 40-a qalxır. Şaxtalı havada istiliyə ehtiyac var. İstilikdən geniş istifadə etmək maddi tələbatdır. Bu baxımdan, blokada olmağını və digər məsələləri nəzərə alaraq Naxçıvana hansısa limitlərin tətbiq olunmasına ehtiyac var. Gələcəkdə komitə sədrlərinin bu məsələyə diqqət yetirməsini xahiş edirəm. Çalışmalıyıq ki, orada yaşayan insanların da istiliklə təminatı yüksək səviyyədə həyata keçsin”.

S.Novruzov həmçinin Azərbaycan Prezidentinə Naxçıvan Muxtar Respublikasına Türkiyə ərazisindən ikinci qaz kəmərinin çəkilməsinə görə təşəkkürünü bildirdi.

Milli Məclis “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif olunan dəyişiklikləri də qəbul etdi. Bununla bağlı Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihə Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarıldı. Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.

Xatırladaq ki, hazırkı qanunvericiliyə görə həmin yaş həddi 18 yaşından 35 yaşınadəkdir. Layihəyə əsasən, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilir.

Dəyişikliklərdə qeyd olunub ki, hazırkı qanunvericiliyə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidməti üçün son yaş həddi 36,5 yaşdır.

Bununla bərabər, təklif edilən dəyişikliklə çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması, əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunu ilə müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək (hazırda 150-250 manat) məbləğdə, hüquqi şəxslər 900 manatdan 1 100 manatadək (hazırda 300-500 manat) məbləğdə cərimə ediləcəklər. Qeyd olunub ki, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Müzakirələrdən sonra layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.

Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna DƏYİŞİKLİK EDİLDİ »  XalqXeber.Az | Son xeberler Azerbaycan xeberleri

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikə görə, müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilən vətəndaşlar öz arzuları ilə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıla bilərlər. Qüvvədə olan qanuna əsasən, dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər:

– fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar;

– sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış çağırışçılar;

– 35 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar;

– alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar;

– Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər.

Layihəyə əsasən, dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər:

– fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar;

– sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar;

– 30 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar;

– alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar;

– Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilənədək və ya Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınanadək (doğulduğu anda hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşı olmuş şəxslər istisna olmaqla) əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər.

Yenilik isə odur ki, həmin vətəndaşlar həqiqi hərbi xidməti istisna edən əsaslar olmadıqda öz arzuları ilə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıla bilərlər.

Layihəyə əsasən, aşağıdakı vətəndaşlar isə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılırlar:

– həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış çağırışçılar;

– ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş çağırışçılar;

– Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmiş şəxslər.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edildi.

“Kitabxana işi haqqında” və “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi komitə sədri Polad Bülbüloğlunun təqdimatından sonra ikinci oxunuşda təsdqiləndi.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra iclası yekunlaşdıran spiker Sahibə Qafarova Milli Məclisin payız sessiyası üzrə son plenar iclasının 29 dekabrda keçiriləcəyini elan etdi. Spiker bildirdi ki, toplantının gündəliyi haqqında əlavə məlumat veriləcək. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Bu il Nazirlər Kabinetinin qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Daha çox xəbərlər