Bakıda iki qadın intim görüntüləri ilə şantaj edildi – Polisə şikayət
Bakının Səbail rayonunda iki qadın intim görüntüləri ilə şantaj edilib.
ARANTV.AZ teleqraf.com-a istinadən xəbər verir ki, Bakı şəhər sakinləri R.Babaşova və Ö.Bağırova bir kişi tərəfindən şantaj olunmaları barədə Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə müraciət ediblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hər iki qadına hədə-qorxu gələrək, onlardan pul almaqda şübhəli bilinən Ağdam rayon sakini K.Baxşıyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.

