Gənc yaşda xəstəlikdən vəfat edən məşhurlar – Xərçəng, ürək tutması…
Xərçəng xəstəliyindən vəfat edən Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) ölümündən 1 il ötür. Sənətçi 48 yaşında Türkiyənin paytaxtı Ankara şəhərində dünyasını dəyişib.
![]()
ARANTV.AZ gənc yaşda xəstəlikdən həyatını itirən məşhurların siyahısını hazırlayıb.
Ötən gün aktyor Azər Baxşəliyev 39 yaşında vəfat edib.
![]()
Böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanıb, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilib. Mərhum ötən gün süni nəfəs aparatından ayırılıb.
Anar Nağılbaz – reper ürəktutmadan 44 yaşında vəfat edib.
![]()
“Toppuş bacı” kimi tanınan aktrisa Tünzalə Əliyeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Əməkdar artist Tünzalə Əliyeva 49 yaşında xərçəng xəstəliyindən vəfat edib.
![]()
Tanınmış təşkilatçı və prodüser Nahid Emiloğlunun ölümünə səbəb ürəyində yaranan problem olub. O, 40 yaşında dünyadan köçüb.
![]()
Aşıq Azər Xanlaroğlu 35 yaşında hepatitdən vəfat edib.
![]()
Tanınmış rejissor Şahin Zəkizadə xərçəng (qan xərçəngi-leykoz) xəstəliyindən vəfat edən məşhurlardandır. O, 38 yaşında dünyadan köçüb.
![]()
Azərbaycanın tanınmış ilahiyyatçısı Hacı Şahin Həsənli 48 yaşında infarktdan həyatını itirib.
![]()
2023-cü ildə insult keçirib, ağır ürək problemləri ilə üzləşən meyxanaçı Xəyyam Əhmədli qəfil vəfat etdi.
![]()
Tanınmış aparıcı Natavan Babayeva onkoloji xəstəlikdən 45 yaşında həyata gözlərini yumub.
![]()

